Qasemi:

Ərəbistanın Yəmənə hücumu Fransa silahlarının köməyi ilə davam edir

Ərəbistanın Yəmənə hücumu Fransa silahlarının köməyi ilə davam edir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransa xarici işlər nazirinin İranın Yəməndə çoxlu silaha malik olması barədəki iddiasına reaksiya olaraq deyib: İran Yəmən böhranında heç bir rola malik deyil və Ərəbistanın Yəmənə hərbi müdaxiləsi Fransa silahlarının hesabına davam edir.

Fransanın xarici işlər naziri Jan İv Le Drian çərşənbə axşamı bu ölkə parlamentinin xarici əlaqələr komitəsində "Yəməndə savaşın davam etməsinə rəğmən, nə üçün Paris Ərəbistan və BƏƏ-yə silah satışını dayandırmır?" sualına cavab verməkdən boyun qaçırdaraq, deyib: İran Yəməndə çoxlu silaha malikdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü İranın Yəmən böhranında heç bir rola malik olmadığını deyərək, hamının Yəmənin təcavüzkarlar tərəfindən tam mühasirədə olmasından agah olduğunu deyib.

Qasemi əlavə edib: Bu böhran Ərəbistanın Yəmənə hərbi müdaxiləsi ilə və Fransa başda olmaqla bəzi regiondan kənar ölkələrin Ərəbistana verdikləri silahların köməyi ilə başlandı.

İranın XİN sözçüsü həmçinin deyib: Bəzi ölkələr öz əməllərinə görə ictimaiyyət qarşısında deməyə söz tapmayanda, təcavüzkar ölkəyə saysız-hesabsız göndərilən silahlara görə cavabdeh olmaqdan boyun qaçırdır və günahı digər tərəflərin boynuna atmaqla öz yaxalarını kənara çəkməyə çalışırlar.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky