İran İslam Respublikası

Əli Əkbər Vilayəti Qarabağ münaqişəsindən danışdı

  • News Code : 866879
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Əli Əkbər Vilayəti: “Biz Qarabağ məsələsinin həlli üçün siyasi danışıqları alqışlayırıq. Ümid edirik ki, regionun problemlərindən olan bu problem tezliklə danışıqlar yolu ilə öz həllini tapacaq”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei həzrətlərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti gələn həftə Tehranda keçiriləcək “Əhli-beyt (ə) aşiqləri və təkfirçilik məsələsi” mövzusunda konfransa həsr olunmuş mətbuat konfransında APA-nın sualına cavabında deyib: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Ə. Ə. Vilayəti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapmalıdır: “Biz Qarabağ məsələsinin həlli üçün siyasi danışıqları alqışlayırıq. Ümid edirik ki, regionun problemlərindən olan bu problem tezliklə danışıqlar yolu ilə öz həllini tapacaq”.

Ə. Ə. Vilayəti İİR, Rusiya və Azərbaycan prezidentlərinin Tehran görüşünə toxunaraq hər növ regional əməkdaşlığı alqışladıqlarını söyləyib: “Həm Rusiya, həm də Azərbaycan bizim qonşumuzdur. Eyni zamanda, Azərbaycanla İranı bir-birinə bağlayan çoxlu tellər var. Çox az ölkə var ki, Azərbaycan və İran qədər mədəni, dini və tarixi müştərəkliyə sahib olsun. Bu səbəbdən həm Azərbaycan, həm də Rusiya ilə görüşlərin keçirilməsi çox faydalıdır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky