İran İslam Respublikası

"Əl-Qaidə" terror təşkilatı İranda terror aktı törətdi – Foto

İranlı sələfilərin "Ənsar əl-Furqan" təşkilatının "Əhvaz Şəhidləri Briqadası" qolu Ümidiyyə bölgəsində neft boru xəttini uzaqdan idarə olunan bomba vasitəsilə partladıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dekabrın 28-də "Əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan "Nusra Cəbhəsi" qruplaşmasına bağlı "Ənsar əl-Furqan" təşkilatı İran İslam Respublikasının Xuzistan ostanının-rayonunun Ümidiyyə bölgəsində terror aktı törədib.

İranlı sələfilərin "Ənsar əl-Furqan" təşkilatının "Əhvaz Şəhidləri Briqadası" qolu Ümidiyyə bölgəsində neft boru xəttini uzaqdan idarə olunan bomba vasitəsilə partladıb.

Təşkilat dekabrın 28-də törədilən terrorun görüntülərini dünən yayımlayıb.

Xatırladaq ki, "Ənsar əl-Furqan" terror təşkilatı 2013-cü ildə iranlı sələfilər tərəfindən yaradılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky