İmam Rzanın (ə) Şəhadət Günləri

İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır

İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır

İmam Rzanın (ə) şəhadəti münasibətilə piyada yola düşən zəvvarların yorğunluqlarını almaq üçün insanlar istirahət çadırları qurublar və ehsanlar verirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 7 noyabr - 28 səfər - İslam Peyğəmbərinin (s) rehləti və 08 noyabr - 29 səfər - İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır.

Məlumata görə, matəm günü Məşhəddə İmam Rzanın (ə) hərəminə çatmaq üçün müxtəlif minik vasitələri ilə səfər edən zəvvarlarla yanaşı , piyada gələn zəvvarlar da var.

İmam Rzanın (ə) şəhadəti münasibətilə piyada yola düşən zəvvarların yorğunluqlarını almaq üçün insanlar istirahət çadırları qurublar və ehsanlar verirlər.

İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky