İlahi İncilərin Nur Sil-Siləsi

İmam Əlidən (ə) eşitdiyi qeybi xəbərin təsdiqi də onu hidayət etmədi

İmam Əlidən (ə) eşitdiyi qeybi xəbərin təsdiqi də onu hidayət etmədi

Hərsəmə ibni Səlim: “O zaman ki, Kufədən Siffeynə tərəf hərəkət edirdik, Kərbəla diyarına gəlib çatdıq. Namaz vaxtı idi və İmam Əlinin (ə) imamətliyi ilə camaat namazı qıldıq...”

Hərsəmə ibni Səlim Əmirəl-möminin (ə) tərəfdaşlarından biri idi ki, Həzrətlə (ə) birlikdə Siffeyn döyüşündə vuruşmuşdu.

O, nəql edir: “O zaman ki, Kufədən Siffeynə tərəf hərəkət edirdik, Kərbəla diyarına gəlib çatdıq. Namaz vaxtı idi və İmam Əlinin (ə) imamətliyi ilə camaat namazı qıldıq. Namazdan sonra Həzrət (ə) Kərbəla torpağından götürdü və iylədi. Sonra buyurdu: “Xoş olsun halına, ey torpaq! Səndən elə insanlar qalxacaqdır ki, hesab vermədən behiştə daxil olacaqlar”.

Ondan sonra Siffeyn döyüşünə getdik. Sonra evə qayıtdım və xanımıma dedim: “Əbəl Həsəndən (ə) sənə bir əhvalat danışacağam”. Sonra olanları ona danışdım. Dedim ki, Əli (ə) qeyb elmi olduğunu iddia edir.

Həyat yoldaşım mənə dedi: “Ey kişi, bu iradlardan əl çək. O şeyi ki, Əmirəl-möminin (ə) deyir, haqdır””.

Hərsəmə deyir: “Ancaq mən şübhə içində idim, o zamana qədər ki, 61-ci hicri ilində Aşura hadisəsi baş verdi. Düşmən ordusu İmam Hüseyni (ə) öldürmək üçün Kərbəlaya toplaşdı.

Mən əvvəl Ömər Sədin ordusunda idim. Sonra İmam Əlinin (ə) dedikləri yadıma düşdü və başa düşdüm ki, haqdır. Ona görə də Ömərin ordusundan ayrıldım və gizlincə ata minib, İmam Hüseynin (ə) yanına getdim.

Onun yanına gedən zaman atasından eşitdiyim bu hədisi ona danışdım.

Həzrət Hüseyn (ə) buyurdu: “İndi ki, bu qeyb xəbərinin həyata keçdiyini görürsən, bizimlə birlikdə olanlardansan, yoxsa müxalif?”.

Dedim: “Heç biri, öz ailəmi düşünürəm”.

Həzrət (ə) buyurdu: “Ona görə də bu diyardan sürətlə ayrıl, çünki hər kim burada olar və bizim səsimizi eşidər, bizə yardım etməz – yeri cəhənnəm atəşi olar””.

Hərsəmə bu həssas zamanda qaçmağa qərar verdi və Zəmanənin İmamını (ə) yardımsız qoydu.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky