İmamət Səmasının İkinci Parlaq Ulduzu

Hz. İmam Həsənin (ə) Milad Bayramı mübarək! – O, həzrətin həyatına qısa baxış

  • News Code : 835521
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

İmam Həsən (əleyhi səlam) babsı həzrət Muhəmməd peyğəmbərin (səlləllahu əleyhi valihi və səlləm), atası İmam Әlinin (əleyhi səlam) və anası Fatimi Zəhranın (səlamullahi əleyha) tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İmam Həsən Müctəba (əleyhi səlam) Hicri Qəməri tarixi ilə, 3-cü ildə mübarək Ramazan ayının 15-ci gecəsində Mədinə şəhərində İlahi Vəhyin əziz İslam Peyğəmbərinə nazil olduğu evdə anadan olmuşdur.

Biz ABNA olaraq başda İmam Zaman həzrətləri olmaqla haqq naibi İmam Xamenei həzrətlərini, ali təqlid mərcələrini, ümümdünya müsəlmanlarını səmimi qəlbdən təbrik edir və can sağlığı arzulayırıq!

İmam Həsənin həyatına qısa baxış

İmam Həsən (əleyhi səlam) dünyaya gəldikdən 7 gün sonra anası həzrəti Fatiməi Zəhra (səlamullahi əleyha) körpə balasını ipək parçaya bükərək Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) yanına aparır. Bu ipək parçanı vəhy mələyi Cəbrail (əleyhi səlam) cənnətdən Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) üçün gətirmişdi. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) uşağın adını Həsən qoydu və onun üçün əqiqə olaraq bir qoyun kəsdi.

Bundan əlavə İmam Həsənin (əleyhi səlam) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır.

İmam Həsənin (əleyhi səlam) Tərbiyyəsi

İmam Həsən (əleyhi səlam) babsı həzrət Muhəmməd peyğəmbərin (səlləllahu əleyhi valihi və səlləm), atası İmam Әlinin (əleyhi səlam) və anası Fatimi Zəhranın (səlamullahi əleyha) tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı.

İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) İmam Həsənə (əleyhi səlam) olan sayğısı

İslam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) nəzərində çox dəyərli və üstün bir şəxslərdən biri də həzrət İmam Həsən (əleyhi səlam) idi. Belə ki, bir gün həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) minbərdə söhbət etdiyi vaxt İmam Həsənin (əleyhi səlam) ağlamaq səsini duyur, tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxır. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm». Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni (əleyhi səlam) qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin».

Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır».

Məzlum və kasıbların pənahı

İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhi səlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhi səlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.

Səxavətdə Öndər Olan

İmam Həsənin (əleyhi səlam) diqqəti cəlb edən yüksək əxlaqlarından biri də, o həzrətin misilsiz infaq və bəxşişləri idi.

Tarixçilər yazmışlar: İmam Həsən (əleyhi səlam) iki dəfə bütün sərvətini Allah yolunda xərclədi və üç dəfə bütün sərvətini iki hissəyə bölüb, yarısını özünə saxladı, digər yarısını isə Allah yolunda infaq etdi
İmam Həsən (əleyhi səlam) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhi səlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi.

Şücaət Təcəssümü

Tarix şahiddir ki, İmam Həsən (əleyhi səlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O, İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.

İmam Həsən (əleyhi səlam) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə nəfərlə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.

İmam Həsən (əleyhi səlam) Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhi səlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.

İmam Həsən əleyhissəlamın Siffeyn döyüşündə də ordunu səfərbər edib Əli əleyhissəlamın başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O Həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli əleyhissəlamın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı döyüşə də’vət edirdi.

Müsəlmanların Xəlifəsi

İmam Həsən (əleyhi səlam) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (əleyhi səlam) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (əleyhi səlam)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı.

İmam Həsən (əleyhi səlam)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky