İmam Kəbəyə Bənzər. Kəbəni Gedib Təvaf Edərlər İmamı da Ziyarət!

Hindistanın İraqdakı səfiri İmam Əlinin (ə) pak hərəmini ziyarət etdi – Foto

“Ölkəmin səfiri kimi ilk dəfə bəşər aləminin rəmzi olan İmam Əlinin (ə) hərəmini ziyarət etmək mənim üçün böyük şərəfdir”, - deyə səfir Pradip Sinqh Rac Borohit bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hindistanın İraqdakı səfiri Pradip Sinqh Rac Borohit Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəmini ziyarət edib.

Hindistanlı səfir hərəmin beynəlxalq və xarici media əlaqələri üzrə nümayəndəsi Məhəmməd Həsən Rəzuqi tərəfindən qarşılanıb və ona hərəmdəki yenidənqurma işləri barədə məlumat verilib.

“Ölkəmin səfiri kimi ilk dəfə bəşər aləminin rəmzi olan İmam Əlinin (ə) hərəmini ziyarət etmək mənim üçün böyük şərəfdir”, - deyə səfir Pradip Sinqh Rac Borohit bildirib.

Səfir hərəmdəki xidmət və təşkilatçılıqdan məmnun olduğunu da sözlərinə əlavə edib.

İmam Əlinin (ə) pak hərəmi tərəfindən səfirə bəzi rəmzi hədiyyələr verilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky