Bəşşar Əsəd Ayatullah Xameneini İmam Adlandırdı

Bəşşar Əsəd İmam Xameneiyə məktub yazıb: Hörmətli İmam, ən yüksək minnətdarlığla Zati-alinizi salamlayıram

Bəşşar Əsəd İmam Xameneiyə məktub yazıb: Hörmətli İmam, ən yüksək minnətdarlığla Zati-alinizi salamlayıram

Bəşşar Əsəd: “İstəyirəm İranın zati-alilərinə, İran dövlətinə və dost İran xalqına Suriya Ərəb Ordusu, müttəfiqlərimiz və dostlarımızla əməkdaşlıqda, Deyr əl Zurun mühasirədən azad edilməsində və strateji nailiyyətlər haqqında ən isti şəraitdə təbrik deyəm.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşşar Əsəd Ayətullah Xameneiyə məktub göndərib. Bəşər Əsəd yazdığı məktubda qeyd edib ki, İran xalqını Deyr əl Zurun mühasirədən azad olmasında, teroristlərlə mübarizədə və qələbələrimizdə özümüzə ortaq bilirik.

Suriya dövlət başçısının Xarici İşlər Nazirliyinə təqdim etdiyi məktubu İRNA - ya istinadən təqdim edirik:

 

“Bismilləhir-Rəhmanir-Rəhim.

 

Həzrət Ayətullahu-üzma İmam Seyyid Əli Xamenei

İran İslam İnqilabının Rəhbəri Allahın salamı və bərəkəti sizə olsun.

İstəyirəm İranın zati-alilərinə, İran dövlətinə və dost İran xalqına Suriya Ərəb Ordusu, müttəfiqlərimiz və dostlarımızla əməkdaşlıqda, Deyr əl Zurun mühasirədən azad edilməsində və strateji nailiyyətlər haqqında ən isti şəraitdə təbrik deyəm.

Terrorizmə qarşı mübarizədə bizə qan bağışlayan İran xalqını bu qələbədə özümüzə ortaq bilirik.

Zati-aliləri vasitəsi ilə İran İslam Respublikası hökümətinə terrorizmlə mübarizədə prinsipial mövqelərinə və xalqımızın torpağını təkfirçi terroristlərdən azad etməyimizdə himəyə etmələrinə görə minnətdarlığımı bildirirəm.

Suriya Ərəb Respublikası və İran İslam Respublikasının zülm və təcavüzə qarşı müharibəsində, terrorizm təhlükələrinin aradan qaldırılmasında iştirak edir və ədalətə əsaslanan regional və beynəlxalq sistemin yaradılmasında, bütün millətlər və ölkələr üçün bərabərlik və ləyaqət tələbini davam etdirirlər.

Mən, Suriya Ərəb Respublikasının xalqı adından və öz adımdan, zati-alinizə və İran dost xalqına yüksək minnətdarlıq və təşəkkür bildirirəm və Allahdan bu iki millətə, iki ölkəyə və bütün insanlığa xidmət edəcək xeyirxah addımlar atmağımızı nəsib etməsini diləyirəm.

Hörmətli İmam, ən yüksək dostluq, hörmət və minnətdarlığla Zati-alinizi salamlayıram.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky