İmamət Səmasının On Birinci Parlaq Ulduzu

Ali Təqlid Mərcələrinin iştirakıyla Qumda İmam Həsən Əsgərinin (ə) viladəti şənliyi keçirildi - Foto

Mərasimdə ali Təqlid Mərcələrindən olan Ayətullah Safi Qolpayqani, Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Cavadi Amoli, Ayətullah Hüseyn Nuri Həmədani, Ayətullah Ələvi Qoqrani iştirak ediblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün çərşənbə 8 rəbiüs-sani 1439-cu hicri qəməri ili, 27 dekabr 2017-ci il Dünyanın xilaskarının müjdəsini verən İmam Həsən Əsgərinin (ə) viladətinin ildönümü günüdür.

Bu münasibətlə Şiələrin 11-ci imamı İmam Həsən Əsgərinin (ə) viladəti şənliyi çərşənbə axşamı gecə böyük təqlid mərcələri, İmam Xamenei həzrətlərinin ofisinin rəhbəri, müxtəlif xalq kütlələrinin iştirakı ilə Qumda Həzrət Məsumənin (səlamullahi əleyha) pak ziyarətgahının kənarında yerləşən və İmam Həsən Əsgərinin (əleyhi səlam) şəxsi sifarişi ilə tikdirilən Məscidin yeni inşa edilmiş hissəsində qeyd edilib.

Mərasimdə ali Təqlid Mərcələrindən olan Ayətullah Safi Qolpayqani, Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Cavadi Amoli, Ayətullah Hüseyn Nuri Həmədani, Ayətullah Ələvi Qoqrani başda olmaqla İmam Xamenei cənablarının ofisinin rəhbəri Höccətülislam vəlmüslimin Məhəmmədi Qolpayqani, bir qrup dini elmlər hövzəsinin alimi və müəllimi, Qum valisi, dini heyətlər və Əhli-Beytin (əleyhimus səlam) vurğunu olan insanlar iştirak edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky