Hicabfobiya Siyasətlrəinin Davamı

Nursultan Nazarbayevin çıxışından sonra Qazaxıstanda niqab qadağan olundu

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.

Nursultan Nazarbayevin çıxışından sonra Qazaxıstanda niqab qadağan olundu

Bu qadağalar ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib.

Məlumata görə, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qadağa niqab daşıyanlara da şamil olunacaq.

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.

Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

“Bu, bizim xalqımızın ənənəsinə uyğun deyil. Bunun qanun səviyyəsində qadağan olunması vacibdir”, - Nazarbayev deyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky