Hicab və Gözəllik

Kanadalı qadınlar İslamofobiyaya etiraz olaraq, 1 ay başlarını örtəcəklər – Foto

  • News Code : 813558
  • Source : FaktXeber Radio Sarajevo-ya istinadla
Tədbirin təşkilatçısı Kiran Malik Xan artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kanadada bir qrup qadın İslamofobiyaya etiraz və Müsəlman qadınlara dəstək üçün bir ay Hicab taxacaqlarını bəyan edib.

Bildirilir ki, Kanadada 2014-cü ildən bu yana keçirilən Dünya Hicab Günü (World Hijab Day) tədbiri Alberta ştatının Fort Mak Murrey şəhərində bu il fərqli maraq doğurub.

Tədbirin təşkilatçısı Kiran Malik Xan artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirib.

"Hicab dinin simvolu olduğu üçün onlara 30 gün boyunca yerinə yetirməli olduqları şərtləri də izah etdik. Baş örtüyünü niyə taxdığımız və digər məsələləri anlatdıq. Onların hamısı şərtləri yerinə yetirəcəklərinə söz verdilər", - deyə o, bəyan edib.

Digər tərəfdən Fort Mak Murrey şəhərində Dünya Hicab Günü çərçivəsində keçirilən aksiyada yüzlərlə qadın müsəlmanlara dəstək verib.

Bir çox xanımlara hicablar hədiyyə edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky