Hicab və Gözəllik

Hicabli Xanim Azərbaycana qizil medal qazandı

Hicabli Xanim Azərbaycana qizil medal qazandı

Süni şəkildə Hicaba qadağa qoyanlar bilməlidirlər ki, Hicab nə təhsilə nə idmana nədə ki, digər mühüm sahələrə əngəl deyildir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda Taekvondo Federasiyasının təşkilatçılığı ilə Respublika üzrə keçirilən 62 kq arasında qadınlar arsında 1-ci yerə hicablı Kubra Amirzadə layiq olub.

Məlumata görə, Kubra Amirzadə Lənkaran şəhərini yarışda təmsil edib. Kubra Amirzadə əməkdar məşqçi Vüqar Sultanovun yetirməsidir.

Kubra Amirzadənin yaxınlarının verdiyi məlumata görə, Kubra Xanım dörd ildir Taekvondo ilə məşğul olur. Qısa zamanda Taekvondo ilə məşğul olmasına baxmayaraq Kubra xanımın artıq bu birinci uğuru deyil.

O ilk dəfə 2015-ci ildə Qəbələ şəhərində keçirilən yarışda 2-ci yerə layiq görülüb. Tolyatti Nepabedimaya Derjava Beynəlxalq yarışda 2-ci yeri, 2016-ci ildə yenə Beynəlxalq yarış Volqoqradda 3-cü yeri, 2017-ci ildə Respublika üzrə yarışda 3-cü yerə, nəhayət 2018-ci il fevralın 22-də Boks Federasiyasında keçirilən Azərbaycan Respublika üzrə keçirilən yarışda 1-lik qazandı. Qızıl medala layiq görüldü.

P.S: Süni şəkildə Hicaba qadağa qoyanlar bilməlidirlər ki, Hicab nə təhsilə nə idmana nədə ki, digər mühüm sahələrə əngəl deyildir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky