Hicab və Gözəllik

Avstraliyanın yeganə Hicablı polis zabiti geydiyi Hicabı haqda açıqlama verdi – Foto

“Viktoriya sakini olduğuma və məni bu şəhərdə polis zabiti kimi qəbul etmələrinə çox şadam.”

Maha Suha: “Əksər hallarda bu müşkilləri və yanlış düşüncələri aradan qaldırıb çözdürmək üçün onlara öz əqidəm və idealogiyam haqda izahat vermək məcburiyətində qalmışam. Çünki, verdiyim açıqlamalar onların dünyagörüşünün daha da artmasında ən böyük təsirə malik olub. Ümumiyyətlə hər bir şeyi kiməsə izah etmək ən doğru yoldur.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avstraliyanın yeganə Hicablı qadın polis zabiti Maha Suha özünün Hicab geyinməsinin hədəfindən və bu yolda üzləşdiyi problemlərlə bağlı açıqlama verib.

Əslən Livanlı olan bu Müsəlman qadın verdiyi açıqlamasını bir neçə dəqiqəlik video şəklində Viktoriya İslami İcmasının saytında yayımlayıb.

O, deyib: “Viktoriya sakini olduğuma və məni bu şəhərdə polis zabiti kimi qəbul etmələrinə çox şadam.”

Maha Suha daha sonra bildirib: “Təsüflə qeyd etməliyəm ki, son illər ərzində İslam adı ilə həyata keçirilən terror hadisələrindən sonra insanlar üçün İslam dini və Hicabla bağlı xeyli qaranlıqlar və anlaşılmazlıqlar meydana gəlib. Bu səbəbdən də, mən bu illər ərzində bir çox problemlərlə üzləşməli olmuşam. Əksər hallarda bu müşkilləri və yanlış düşüncələri aradan qaldırıb çözdürmək üçün onlara öz əqidəm və idealogiyam haqda izahat vermək məcburiyətində qalmışam. Çünki, verdiyim açıqlamalar onların dünyagörüşünün daha da artmasında ən böyük təsirə malik olub. Ümumiyyətlə hər bir şeyi kiməsə izah etmək ən doğru yoldur.”

Qeyd edək ki, Maha Suha 2000-ci ildə Livandan Avstraliyaya köçüb. O, 2004-cü ildə Viktoriya Polis Akademiyasını bitirdikdən sonra polis işləməyə başlayıb. Hazırda o, Avstralliyanın ilk Hicablı qadın polis zabiti kimi tanınmaqdadır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky