Ərbəin Xəbərləri

Nigeriya hərbiçiləri ötən gün də Ərbəin yürüşçülərinə atəş açdı 15 Şiə şəhid edildi – Foto

Nigeriya rejimi artıq üç ildir ki, Nigeriya İslam Hərakatına qarşı amansız addımlar ataraq.

Ötən gün bir daha Nigeriya ordusu İmam Hüseyn (əleyhi səlam) əzadarlarına silahlı basqın edərək 15 nəfəri Şəhid və onlarla insanı yaralamışdır. Şəhid olan və yaralananların hammısı Nigeriya İslam Hərakatının tərəfdarlarıdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İmam Huseyn (əleyhi səlam) Ərbəini ərəfəsində, Nigeriya hərbiçiləri artıq ötən iki gün ərzində ikinci dəfədir ki, İmam Hüseynə (əleyhi səlam) təziyə saxlayan nigeriyalı Şiələrinə qarşı odlu silahlarla hücuma keçərək onlarla günahsız əzadarları qətlə yetirir və qadın-kişi, uşaq-yaşlılara bədən əxsarətləri yetirərək yaralayırlar.

Məlumata görə, ötən gün bir daha Nigeriya ordusu İmam Hüseyn (əleyhi səlam) əzadarlarına silahlı basqın edərək 15 nəfəri Şəhid və onlarla insanı yaralamışdır. Şəhid olan və yaralananların hammısı Nigeriya İslam Hərakatının tərəfdarlarıdır. Nigeriya rejimi artıq üç ildir ki, Nigeriya İslam Hərakatına qarşı amansız addımlar ataraq bu hərakatı əzməyə çalışır.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayının 13-də Nigeriyada dəhşətli olay yaşandı... Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzəkinin 1 oğlu və bir qızı başda olmaqla minlərlə əliyalın Şiə mövcud rejimin hərbiçiləri tərəfindən qanına qəltan edildi, diri-diri yandırılaraq Şəhid olundular. Mindən artıq Şiə isə, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə həbsxanalara köçürüldü. Sözün əsl mənasında Şiə Soyqırımı həyata keçirilmişdir. Şeyx Zəkzəkinin özü və xanımı isə, göz və sinə nahiyyəsindən ölümcül yaralandılar... Şiələrə qarşı baş verən Soyqırımın arxasında isə, sionist israil rejimi, mason lojası, ABŞ, Qərb ölkələri olmaqla Səudiyyə rejiminin miloynlarla dollarları dayanır...

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky