Afrika Xəbərləri

Libiya xalqı Benqazi şəhərinin azad olmasını bayram edir – Foto

  • News Code : 840748
  • Source : ABNA – Xəbər Agentliyi
Benqazi şəhərinin azad olması uğrunda son günlər gedən ağır döyüşlərdə Milli Ordu qüvvələrinin və Könüllü Xalq dəstələrinin xeyli sayda üzvləri qəhrəmancasına həlak olub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Libiyanın Benqazi şəhəri qondarma “İŞİD” adlı terror qruplaşmasının caynaqlarından azad edildi. Bu haqda Libiya televiziyasında açıqlama verən Libiya Milli Ordusunun komandiri general Xəlifə Haftar bildirib.

Onun bildirdiyinə görə, üç il davam edən döyüşlərdən sonra Benqazi şəhəri terrorçu qüvvələrdən tam azad edilib və şəhər artıq təhlükəsizlik baxımından yeni mərhələyə qədəm qoyub.

Qeyd edək ki, general Xəlifə Haftarın bildirdiyinə görə,Benqazi şəhərinin azad olması uğrunda son günlər gedən ağır döyüşlərdə Milli Ordu qüvvələrinin və Könüllü Xalq dəstələrinin xeyli sayda üzvləri qəhrəmancasına həlak olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır    


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky