Yaxın Şərq Xəbərləri

Bəhreyn xalqı Ali Xəlifə rejiminini qınamaq üçün yenə küçələrə çıxdı - Video

Mitində Səudiyyə Ərəbistanın nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrin şəhadətinin ikinci ili də yad edilib.


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqı Ali Xəlifə rejimi tərəfindən edama məhkum edilən bəhreynli Əhli-Beyt (ə) ardıcıllarından olan fəallarla həmrəy olduğunu bəyan etmək üçün küçələrə çıxıb.

Nümayişçilər Ali Xəlifə rejiminə səslənərək, bu cür təzyiq, işgəncə və edamları ilə inqilabın ruhunu söndürə bilməyəcəyini bildiriblər. Mitində Səudiyyə Ərəbistanın nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrin şəhadətinin ikinci ili də yad edilib.

Bundan başqa, Bəhreyn xalqı Ali Xəlifə rejimindən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın evinə qarşı tətbiq olunan blokadanın yığışdırılmasını tələb edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky