Yaxın Şərq Xəbərləri

İordaniyalı pilotu diri-diri yandıran sələfi terrorçu muş kimi tələyə düşdü – Foto

İordaniyalı pilotu diri-diri yandıran sələfi terrorçu muş kimi tələyə düşdü – Foto

Resurs deyib: İordaniyalı pilotun diri-diri yandırılmasında əsas rol oynayan beş terrorçu 1- Əbubəkr Bağdadinin müavini Əbu Zeyd əl İraqi, 2- Səddam Ömər Cəməl, 3- Əbu Seyf Şiti, 4- Əbu Əbdul Həqq əl İraqi, 5- Əbu Həfs əl Kərbulinin bizə təhvil verilməsi üçün İraq dövləti ilə danışıqlar aparırıq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Şiələrindən ibarət Həşdu Şəbi Könüllü Dəstələri azğın sələfi terrorçularına qarşı apardıqları anti-terror əməliyyatları zamanı qondarma "İŞİD" adlı terror qruplaşmanın ən xətərli ünsürlərini siçovul təkin tələyə salaraq əsir tutublar.

Əsir tutulanlar daxilində bir çox dəhşətli cinayətlər törədən terrorçular o cümlədən iordaniyalı pilotu diri-diri yandıran Səddam Ömər Cəməl adlı ünsür də yer alır.

Bu haqda açıqlama verən iordaniyalı resurs bildirib ki, ölkə rəsmiləri İraq dövləti ilə əlaqə saxlıyaraq iordaniyalı pilot Məaz əl Kəsasəbəni diri-diri yandıran Səddam Ömər Cəməlin İordaniya tərəfinə təhvil vermələrini istəyiblər.

Resurs deyib: İordaniyalı pilotun diri-diri yandırılmasında əsas rol oynayan beş terrorçu 1- Əbubəkr Bağdadinin müavini Əbu Zeyd əl İraqi, 2- Səddam Ömər Cəməl, 3- Əbu Seyf Şiti, 4- Əbu Əbdul Həqq əl İraqi, 5- Əbu Həfs əl Kərbulinin bizə təhvil verilməsi üçün İraq dövləti ilə danışıqlar aparırıq. Əmin edə bilərik ki, ölkəmizin qəhrəman pilotu olan Şəhid əl Kəsasəbəni diri-diri yandıranlar ədalətlə cəzalarına çatdırılacaqlar.

Xatırladq ki, 2014-cü il dekabırın 24-də Məaz Safi əl Kəsasəbə adlı iordaniyalı pilot, bu ölkənin qırıcı təyyarəsi Suriyanın Riqqə rayonunda süqut etdikdən sonra "İŞİD" ünsürlərinə əsir düşmüşdür. Lakin azğın qruplaşma əsirlə vəhşicəsinə rəftar edərək Kəsasəbəni video qarşısında dir-diri yandırdılar.

Qeyd edək ki, bu cinayət sələfilərin törəətdikləri milyonlarla cinayətlərdən biridir...

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky