İslam və Qarabağ

“İslam Həmrəyliyi və Qarabağ” elmi-praktik konfransından geniş Fotoreportaj

Konfransda millət vəkilləri Elman Nəsirov, Vahid Əhmədov, eləcə də İran, İndoneziya, Malaziya, Türkiyə və digər müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritetlərindən söz açıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə millət vəkilləri, İslam ölkələrinin Azərbaycandakı səfirləri, ictimai-siyasi sferanı təmsil edən QHT rəhbərləri, ilahiyyatçı alimlər və ictimaiyyət nümayəndələri, o cümlədən media mənsubları iştirak ediblər

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbiri açıq elan edən QAT sədri Akif Nağı mövzu ətrafında geniş nitq söyləyib. O, tədbirin keçirilməsində əsas məqsədin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin mövqelərinin bir daha nümayiş etdirilməsi və ictimailəşdirilməsindən ibarət olduğunu deyib.

Daha sonra tədbirdə söz alan Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı - filosof Hacı İlqar İbrahimoğlu “Qüds və Qarabağdan keçən həmrəylik” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, Qarabağın azadlığı İslam ölkələrinin həmrəyliyindən birbaşa asılıdır.

Daha sonra konfransda millət vəkilləri Elman Nəsirov, Vahid Əhmədov, eləcə də İran, İndoneziya, Malaziya, Türkiyə və digər müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritetlərindən söz açıblar. Münaqişənin həllində İslam ölkələrinin oynadığı roldan danışıblar.

Qeyd edək ki, konfransın materiallarının Azərbaycan və İngilis dillərində kitab şəklində çapdan çıxarılması nəzərdə tutulur.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky