Fələstin Xəbərləri

Yəhudilər Qəzzada Cümə Namazının iştiraçılarını atəşə tutdu: 3 Şəhid və 300 yaralı – Foto

Qəzza səhiyyə nazirliyi: "İşğalçı sionist hərbçilərinin açdığı atəş nəticəsində üç nəfər Şəhid olmuş və 300-dən çox fələstinli güllə yarası və gözyaşardıcı qazdan zəhərlənmə ilə müxtəlif xəstəxanalara yerləşdirilib".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal edərək qondarma israil rejimini yaradan yəhudi işğalıları Qəzza bölgəsində Cümə Namazından sonra fələstinlilərə qarşı odlu silahlardan istifadə ediblər.

Bu barədə açıqlama verən Qəzzanın səhiyyə nazirliyi işğalçı sionist hərbçilərinin açdığı atəş nəticəsində üç nəfərin Şəhid olduğunu bildirib. Bundan başqa 300-dən çox fələstinli güllə yarası və gözyaşardıcı qazdan zəhərlənmə ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, fələstinlilər “Böyük qayıdış” yürüşü çərçivəsində ardıcıl beşinci həftədir ki, qondarma İsrail sərhədində etiraz aksiyası keçirir. Etirazçılar fələstinli qaçqınların öz doğma torpaqlarına buraxılmalarını tələb edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky