Şərq Xəbərləri

Kabulda intihar əməliyyatı nəticəsində 41 Şiə Şəhid və 84 nəfər isə ağır yaralanıb - Foto

Əfqanıstanın səhiyyə nazirliyi bu haqda məlumat yayaraq Şəhid olanların 4 nəfərini qadın 2 nəfərini isə uşaq və yaralananların 8 nəfərinin isə qadın olduğunu bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qlobal sionizim və səudiyyə rejimi tərəfindən dəstəklənən sələfi terrorçu ünsürləri Əfqanıstanın paytaxtı Kabul şəhərinin qərb nahiyyəsində Şiələrə qarşı ardıcıl partlayışlar həyata keçiriblər. Partlayışlar nəticəsində 41 Şiə sivil Şəhid olub, 84 sivil Şiə isə ağır dərəcəli xəsarət alıblar.

Hadisə şəhərin Mazari küçəsində yerləşən Mədəniyyət Mərkəzi və Xəbər Agentliyində baş verib.

Əfqanıstanın səhiyyə nazirliyi bu haqda məlumat yayaraq Şəhid olanların 4 nəfərini qadın 2 nəfərini isə uşaq və yaralananların 8 nəfərinin isə qadın olduğunu bildirib.

Nazirlikdən verilən məlumata görə, Şəhid olanların hammısı mülki vətəndaşlar olub. İlkin hadisə intihar əməliyyatı ilə həyata keçirilib, digər iki partlayışlar isə, minalar vasitəsi ilə olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky