Fələstin Xəbərləri

Sionsit rejimə etiraz əlaməti olaraq Beytul Müqəddəsdəki "Qiyamət Kilsəsi" tətil edildi – Foto

Xristianlığın hər üç qolu katolik, pravaslav və erməni kilsələrinin rəhbərləri qeyd olunan Kilsənin müəyyən bir hissəsinin nəzarətini öz öhdəsinə götürübdür. Onlar gün ərzində müxtəlif saatlarda bu kilsədə dua və ibadət mərasimlərini həyata keçirirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qondarma sionist rejiminin qeyri-yəhudi məbədlərindən aldığı ağır maliyyatlar Səmavi Dinlərinin ardıcıllarının qəzəbinə səbəb olub. Belə ki, sionsitlərə etiraz əlaməti olaraq Beytul Müqəddəsdəki Kilsə rahibləri Müqəddəs Məqbərə (Qiyamət) Kilsəsinin bağlanılması qərarına gəliblər.

Xristianlığın hər üç qolu katolik, pravaslav və erməni kilsələrinin rəhbərləri qeyd olunan Kilsənin müəyyən bir hissəsinin nəzarətini öz öhdəsinə götürübdür. Onlar gün ərzində müxtəlif saatlarda bu kilsədə dua və ibadət mərasimlərini həyata keçirirlər.

Qeyd edək ki, məsihilərin (xristianların) inancına görə, hal-hazırdakı Müqəddəs Məqbərə Kilsəsi həzrət İsa Məsihin (əleyhi səlam) çarmıxa çəkildiyi yerdə inşa olunub (amma Qurani Kərimin buyurduğuna əsasən isə, həzrət İsa əleyhi səlam çarmıxa çəkilmədi onun şagirdlərindən biri düşmənlər tərəfindən tutularaq onu İsa əleyhi səlam ilə səhv salıb İsanın yerinə çarmıxa çəkdilər). Və Kilsənin zirzəminində isə həzrət İsanın (əleyhi səlam) (yəni çamrmışa çəkilən şairdinin) qəbri yerləşir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky