Yaxın Şərq Xəbərləri

Seyyid Həsən Nəsrullah: İsrail qarşıda olacaq istənilən yeni müharibədə rüsvaycasına məğlub olacaq

Müqavimətin məğlubiyyətini arzulayanlar hər cəhətdən ziyan və zərər görürlər və bundan sonra da məğlub olacaqlar.

Seyyid Həsən Nəsrullah: İsrail qarşıda olacaq istənilən yeni müharibədə rüsvaycasına məğlub olacaq

Seyyid Həsən Nəsrullah: "2006-dakı 33 günlük döyüşdə alınan qələbə sionist İsrailin xəyalları və məğlubedilməzlik iddialarını yerlə bir etdi. O qələbədən keçən 11 il ərzində sionist rejim hələ də bu məğlubiyyətinin şokunu ata bilməyib".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah, sionist İsrail ilə aparılacaq hər cür yeni müharibədə sionist İsrailin rüsvay olacağı şəkildə məğlubiyyətə uğradılacağını və bu məğlubiyyətin 2006-cı ildəki məğlubiyyətdən daha betər olacağını bildirib.

Hizbullah baş katibi bu barədə 2006-cı ildə sionist İsrail üzərində əldə edilmiş 33 günlük müharibə qələbəsinin 11-ci ildönümü münasibətilə dünən etdiyi çıxışı zamanı bəyan edib.

Seyid Həsən Nəsrullahın etdiyi çıxışdan sətir başlıqlarını təqdim edirik:

"Bu gün çox böyük bir gündür ki, bu gündə Livan müqavimət qüvvələri sionist rejimin qələbəsini qarşısını almış və planlarını pozmuşdur. Bu gün dəyər verdiyimiz və qəhrəmanlarımızın fədakarlıqlarını xatırladan böyük bir gündür. 33 günlük müharibədən sonra əldə etdiyimiz qələbənin ildönümünü hazırda əl-Xəyyamda qeyd edirik. Əl-Xəyyam müsəlmanlar və xristianların dostluq və sülh içərisində birgə yaşadığı bir bölgədir. Bu bölgənin xalqı da bütün livan xalqı kimi sionist rejimin qarşısında 33 gün müqavimət göstərdi".

"İyulda baş verən bu müharibə düşmənlərə dağ kimi sinə gərən şəxslərin fədakarlıqlarını xatırladır. Lakin Sionistlər onları görəndə siçan kimi qaçırdılar. Günümüzdə də Livan ərazisinə girməyə çalışan hər hansı bir sionist güc əvvəlkindən daha böyük bir məğlubiyyətə uğrayacaqdır".

"Müqavimətin məğlubiyyətini arzulayanlar hər cəhətdən ziyan və zərər görürlər və bundan sonra da məğlub olacaqlar".

"2006-dakı 33 günlük döyüşdə alınan qələbə sionist İsrailin xəyalları və məğlubedilməzlik iddialarını yerlə bir etdi. O qələbədən keçən 11 il ərzində sionist rejim hələ də bu məğlubiyyətinin şokunu ata bilməyib".

"Amerika və İsrail, Hizbullah dağıdıcı və təhlükəli bir gücdür deyirlər. Doğrudur, amma Hizbullahın bu gücü, şübhəsiz ki, İsrail planlarına qarşı təhlükəli və dağıdıcı bir gücdür"

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky