Yaxın Şərq Xəbərləri

Seyyid Həsən Nəsrullah: Bütün bölgə qaz və neft döyüşünə çəkilir

İsrail təyyarəsi Suriya ordusundakı qəhrəman əsgər və zabitlər tərəfindən vuruldu. Bu böyük bir hərbi müvəffəqiyyətdir.

Seyyid Həsən Nəsrullah: Bütün bölgə qaz və neft döyüşünə çəkilir

Nəsrullah "neft və qaz mübarizəsi"ndə yeganə kartın Müqavimət olduğunu deyərək bildirib: "Əgər Vaşinqton Hizbullahı irqçi İsraildən uzaqlaşdırmaq istəyirsə, Beyrutun tələblərini dinləməy məcburiyyətindədir."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Hərəkatının Baş katibi Seyyid Həsən Nəsrullah, bütün bölgənin artıq neft və qaz müharibəsinə çəkildiyini, Livanın sionist İsrail rejimi ilə, sərhəd mübahisələrinə və regional sular, qaz və neft qaynaqları mövzusundakı mübahisələrə toxunub.

Seyyid Nəsrullah, Vaşinqton rejiminin suriyalı kürdlərdən Suriyadakı qanuni hökumətə qarşı müharibədə istifadə etdiyini dilə gətirərək bildirib ki, ABŞ rəhbərliyi kürd müttəfiklərini yarıda buraxacaqdır.

Hizbullah lideri, Livanınöz sularında neft-qaz axtarışlarının irqçi sionist rejimi tərəfindən əngəllənməsinə toxunaraq, Livanın hökumət səlahiyyətlilərini bu mövzuda İsrailə qarşı möhkəm və güclü mövqe sərgiləmələrini bildirib.

Nəsrullah "neft və qaz mübarizəsi"ndə yeganə kartın Müqavimət olduğunu deyərək bildirib: "Əgər Vaşinqton Hizbullahı irqçi İsraildən uzaqlaşdırmaq istəyirsə, Beyrutun tələblərini dinləməy məcburiyyətindədir."

Hizbullah Lideri daha sonra deyib: "Həftə sonu İsrail-İran-Suriya danışıqları üçün "İsrail təyyarəsinin vurulmasının İrana və ya Rusiyaya heç bir adiyatı yoxdur. Bu qərar yalnız Suriya və Bəşşar Əsədin verdiyi öz qərarı idi. İsrail təyyarəsi Suriya ordusundakı qəhrəman əsgər və zabitlər tərəfindən vuruldu. Bu böyük bir hərbi müvəffəqiyyətdir. "

Qüdsün Fələstin və İslam torpaqlarının ayrılmaz bir parçası olduğunu və Amerikanın və irqçi İsrailin Qüdslə əlaqədar oyunlarının əsla baş tutmayacağını söyləyən Seyyid Həsən Nəsrullah daha sonra buyurublar: "Livan, Fələstin, Suriya, İraq, Yəmən və dünyanın başqa yerlərindəki Müqavimət Hərakatına və haqqları zorla əllərindən alınmış Müstəzəflərə verdiyi dəstəy və yardımlarına görə İran İslam Respublikasına təşəkkür edirik...

Onun sözlərinə görə, İran xalqı 39 ildir əzəmətli bir şəkildə hərəkət edib və bütün dünyadakı azadə insanlar üçün ilham mənbəyidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky