İşğal Olunmuş Fələstin Xəbərləri

Netanyahu və arvadı Sara rüşvətxorluq üstündə artıq 12-ci dəfədir dindirilir

Netanyahu və arvadı Sara rüşvətxorluq üstündə artıq 12-ci dəfədir dindirilir

Qeyd edək ki, “1000 saylı iş” adı alan araşdırmada Netanyahu, xanımı Sara və oğlu Yair-in dəyəri 300 min dollar olan hədiyyələri aldığı bildirilib. “2000 saylı iş”də baş nazirin “Yediot-Axronot” media-qrupu ilə sövdələşmə həyata keçirdiyi qeyd edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işğal edilərək Fələstin torpaqlarında müvəqqəti rejim quran sionist İsrail rejimin hazırkı baş naziri Benyamin Netanyaho, xanımı Sara və oğlu Yair növbəti qalmaqallı məkəmədə dindirilməli olacaqdır.

Məlumatımıza görə, sionist polisi etibarından sui-istifadə və rüşvətxorluq təhqiqatları çərçivəsində qondarma rejimin baş naziri Benyamin Netanyahunu bu gün səhər saatlarında növbəti dəfə dindirməyə başlayıb.

Polis hökumət başçısına qarşı rüşvət, dələduzluq və etibardan sui-istifadə maddələri ilə ittiham irəli sürülməsi üçün işi prokurorluğa göndərib.

“Kan” teleradio şirkətinin məlumatına əsasən, bu, baş nazirin 12-ci dindirilməsidir. Bu dindirilmə zamanı polis araşdırmalar zamanı əldə edilmiş yeni dəlilləri təqdim edəcək.

Qeyd edək ki, “1000 saylı iş” adı alan araşdırmada Netanyahu, xanımı Sara və oğlu Yair-in dəyəri 300 min dollar olan hədiyyələri aldığı bildirilib. “2000 saylı iş”də baş nazirin “Yediot-Axronot” media-qrupu ilə sövdələşmə həyata keçirdiyi qeyd edilib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky