Fələstin Xəbərləri

İşğalçı İsrail rejimi Qüdsün statusunu dəyişən qalmaqallı qanunu qəbul etdi

İşğalçı İsrail rejimi Qüdsün statusunu dəyişən qalmaqallı qanunu qəbul etdi

İşğal altında olan Şərqi Qüdsdə 200-dən çox yəhudi məskunlaşma məntəqəsi salınb. Qərbi şəriyədə isə 400-dən çox yəhudi məskunlaşma məntəqəsi salınıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT və dünya ictimaiyyətinin Qüdsü Fələstin torpaqları tanımasına baxmayaraq, işğalçı rejim Knessetində verilən qərarla Qüds şəhəri vahid bir şəhər və İsrailə aid şəhər kimi elan olunub.

İşğalçı rejim baş naziri Binyamin Netanyahunun lideri olduğu Likud partiyasının Mərkəzi Komitəsi də ötən gecə işğal altındakı Fələstin torpağı İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin İsrailə ilhaq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

İsrail məclisində (Knesset) təqdim edilən layihələr qanuni qüvvəyə minməsi üçün üç fərqli iclasda müzakirəyə çıxarılaraq təsdiqlənməlidir.

Qeyd edək ki, Şərqi Qüds və qərbi şəriyə 1967-ci ildən işğalçı rejim İsrail tərəfindən qəsb edilib. İnşa etdiyi divarla bu iki böləgini bir-birindən ayıran İsrail, Qərbi şəriyədə yaşayan fələstinlilərin şərqi Qüdsə keçişinə maneə yaradır.

İşğal altında olan Şərqi Qüdsdə 200-dən çox yəhudi məskunlaşma məntəqəsi salınb. Qərbi şəriyədə isə 400-dən çox yəhudi məskunlaşma məntəqəsi salınıb. Beynəlxalq qanunlara görə, bu bölgələrdə olan bütün yəhudi yaşayış məntəqələri "qanunsuz" sayılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky