Əlaqələr

Hizbullah rəsmisi Azərbaycan səfirini qəbul etdi - Foto

Hizbullah rəsmisi Azərbaycan səfirini qəbul etdi - Foto

Məlumata görə, Şeyx Naim Qasim səfirlə daxili siyasət və təhlükəsizlik, Livanla Azərbaycanın münasibətləri, Suriya böhranı və digər məsələləri müzakirə edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Hərəkatının Baş Katibinin müavini Höccətül İslam Şeyx Naim Qasim Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovu qəbul edib.

Məlumata görə, Şeyx Naim Qasim səfirlə daxili siyasət və təhlükəsizlik, Livanla Azərbaycanın münasibətləri, Suriya böhranı və digər məsələləri müzakirə edib. Ələlxüsus, Şeyx Qasim qeyd edib ki, Suriya xalqın, ordunun və rəhbərliyin əyilməzliyi sayəsində ölkənin bölünməsi təhlükəsini adlayıb.

Qeyd edək ki, Livanda bu hərəkat ən böyük siyasi qüvvələrdən biri sayılır. Livan Hizbullah Müqavimət Hərakatı işğalçı sionist israil rejimini qovaraq Livan torpaqlarından kənarlaşdırdığına görə, ABŞ və sionist rejim tərəfindən terror təşkilatı kimi tanınır. Hərəkatın hərbiləşdirilmiş qanadının döyüşçüləri isə 2011-ci ildən bu günə kimi Suriya Ərəb Respublikasının icazəsi ilə bu ölkədə Nüsrə Cəbhəsi, Ahraru Şam, əl Qaidə, qondarma “İŞİD” adlı terror qruplaşmaları və s. ilə mübarizə aparır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky