Yaxın Şərq Xəbərləri

Hizbulahın qrad mərmiləri sionist rejimini dəhşətə salır

İsrail mətbuatı müharibə təbliğatını aparır

Hizbulahın qrad mərmiləri sionist rejimini dəhşətə salır

Ray əl-Yavm qəzeti: "İsrail təhlükəsizlik dairələri, yəhudilər ilə Müsəlmanlar arasında yeni savaş meydana çıxacağı təqdirdə Hizbullah və İslam Müqavimət hərəkatının partlayıcı başlıqlar daşıya biləcək Qrad raketlərinin İsrail üçün böyük təhlükə olacağını bildiriblər."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal edərək burada "cühüd" rejimini quran sionsit İsrail rejiminin ordu və təhlükəsizlik dairələri Livan Hizbullah Müqavimət Təşkilatının "Qrad Mərmilərinə" işarə edərək bu raketlərin İsrailin təhlükəsizliyi üçün böyük bir təhlükə olduğunu bildiriblər.

Ray əl-Yavm qəzetinin xəbərinə görə, İsrail təhlükəsizlik dairələri, yəhudilər ilə Müsəlmanlar arasında yeni savaş meydana çıxacağı təqdirdə Hizbullah və İslam Müqavimət hərəkatının partlayıcı başlıqlar daşıya biləcək Qrad raketlərinin İsrail üçün böyük təhlükə olacağını bildiriblər.

Qeyd edək ki, işğalçı İsrail rejiminin Hizbullah Müqavimət Hərakatını məhv etmək üçün Livana qarşı yeni müharibə başlaması aydındır. İsrailin Müdafiə naziri Aviqdor Lieberman, etdiyi son şərhində belə deyib: "İsrail 1967-ci il müharibədən sonra ərəblərlə heç bir müharibə qələbə qazanmayıb."

 

İsrail mətbuatı müharibə təbliğatını aparır

Sionist İsrail rejim mediası, bu rejimin hərbi və siyasi baxışlarını nəzərə almaqla, İsrail hərbçilərini mümkün müharibənin keçmişdə baş verən müharibələrdən tamamilə fərqlənəcəyinə inandırmağa çalışır.

Həmin mətbuat həmçinin etiraf edir ki, İsrail rejimi müharibənin ilk günündə Hizbullahın atacağı dörd min raketinə dözə bilməyəcək. Necə ki, Yediot Aharnot qəzeti bir neçə gün əvvəl təhlükəsizlik qaynaqlarına istinad edərək bu məsələyə toxunmuşdur.

 

Qrad Mərmiləri odlanılmağa hazırdır

İşğalçı israil rejiminin yüksək rütbəli generallarından biri, İbrani dilində yayımlanan xəbər agentliyinə verdiyi açıqlamada deyib: "İsrailin şimal və cənubunda ən təhlükəli məntəqələr 25 kilometr məsafəni əhatə edən yerlərdir. Qrad raketləri isə, İsraili vurmağa tam hazırdır. İsrail təhlükəsizlik xidmətinin qorxduğu məsələ də bax elə budur."

İsrailli general, həmçinin bildirib ki, Hizbullah, HƏMAS, Qəzzada, eləcə də Sina yarımadasında digər qrupların əlində xeyli sayda raket mövcuddur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky