Yaxın Şərq Xəbərləri

Fələstinlilərin Böyük qayıdış yürüşündə şəhidlərinin sayı 40-a yüksəldi

Fələstinlilərin Böyük qayıdış yürüşündə şəhidlərinin sayı 40-a yüksəldi

Əşrəf Əl-Kudra: “Cümə günü Rifah şəhərinin şərq sərhədində qarnından yaralanan 20 yaşlı fələstinli Abdullah Məhəmməd Şimali şəhid oldu”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, aprelin 20-si Qəzzanın Rifah şəhərinin şərq sərhədindəki etiraz aksiyalarında işğalçı İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində yaralanan bir fələstinli şəhid olub.

Məlumata görə, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra bu barədə açıqlamasında qeyd edib: “Cümə günü Rifah şəhərinin şərq sərhədində qarnından yaralanan 20 yaşlı fələstinli Abdullah Məhəmməd Şimali şəhid oldu”.

Şimalinin şəhid olması ilə birlikdə, 30 martdan etibarən davam edən mitinqlərdə İsrail rejiminin əsgərləri tərəfindən şəhid edilən fələstinlilərin sayı 40-a yüksəlib. Yaralıların sayı isə 4500 olaraq açıqlanıb və bunlardan 120-nin vəziyyətinin ağır olduğunu qeyd olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky