Həqiqət Olduğu Kimi

Xristofor Kolumb yalan yoxsa həqiqət? Amerikanın kəşfi- Xristofor Kolumb yoxsa müsəlmanlar?

Xristofor Kolumb yalan yoxsa həqiqət? Amerikanın kəşfi- Xristofor Kolumb yoxsa müsəlmanlar?

“İslam tarixi” kitabının müəllifinin yazdıqlarına diqqət yetirsək “...hindulardan əldə elədikləri məlumatlar əsasında” aydın olur ki, məhz Müsəlman alimləri İslam dünyasını dənizçilərinin vasitəsi ilə, Amerikanın kəşfindən əsirlər əvvəl bu torpaqlara ayaq basmış və bu qitəni kəşf etmişlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tarixi faktlar göstərir ki, müsəlmanlar Kolubmdan əsrlər öncə indiki Amerika torpaqlarına ayaq basmışlar.

Qərb öz sivilizasiyasının inkişafını müsəlmanlara borcludur. Lakin təəssüflər olsun ki, tarix boyu bu həqiqəti gizlətməyə çalışmışlar. İslam mədəniyyəti özünün qızıl dövrünü yaşadığı zamanlarda avropa cəhalət qaranlığında ömür sürürdü. Lakin müsəlmanların qərb dünyası ilə İspanya, Sicilya, Egey dənizi vasitəsi ilə ictimai-siyasi əlaqələrindən sonra və eləcə də Xaç yürüşləri boyunca, onlar İslam mədəniyyətiylə tanış oldular. Sonralar Müsəlman alimlərin əsərlərinin Ərəb dilindən ispan, italyan və s. dillərə tərcüməsi İslam elimləri, o cümlədən coğrafiya elminin qərbə ötürülməsində təsirli oldu.(1)

Qərbin özününküləşdirdiyi mühüm nailiyyətlərdən biri də Amerikanın kəşfidir (!). Onların nəzərincə bu böyük kəşfi Xristofor Kolumb əldə etmişdir (!). Lakin tarixi sənədlərə əsasən Kolumbdan öncə müsəlmanlar bu torpaqlara ayaq basmışlar. Elə Kolumbun öz sözləri də bu məsəyə şahiddir.(2)

İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alimi Fuad Sezgin kimi alimlərin son təhqiqatları bunu bir daha təsdiq edir ki, əllərində olan ən dəqiq xəritə vasitəsi ilə ilk dəfə Amerikanı kəşf etməyə nail olan məhz Müsəlman olmuşlar.(3) Buna görə də bəzi tarixçilər Amerika qitəsinin ilk müsəlmanlarını ərəb dənizçiləri adlandırmışlar. Onlar Xristofor Kolumbdan çox öncələr bu tanınmaz torpaqlara qədəm qoymuşlar.(4)

Hətta onlar təəssüb üzündən bu məsələni təkzib etmək istəsələr də, Kolumbun Müsəlman alimlərinin nəzərlərindən təsirlənməsini inkar edə bilməzlər.

"İslam tarixi" kitabının müəllifi bu barədə belə yazır: "Bəzi Müsəlman coğrafiyaçıları öz elmi fərziyyələri və ya hindulardan əldə elədikləri məlumatlar əsasında Amerikanın kəşfindən əsirlər öncə bu nəticəyə gəlmişlər ki, yer kürəsinin o biri yarımkürəsi də quru olmalıdır. Elə bu nəzəriyyə də, Kolumbda yeni bir qitənin kəşf etməyə maraq yaratmışdır."(5)

Qeyd olunan tarixi kitabın müəllifinin yazdıqlarına diqqət yetirsək “...hindulardan əldə elədikləri məlumatlar əsasında” aydın olur ki, məhz Müsəlman alimləri İslam dünyasını dənizçilərinin vasitəsi ilə, Amerikanın kəşfindən əsirlər əvvəl bu torpaqlara ayaq basmış və bu qitəni kəşf etmişlər. Oana görə ki, Xristofor Kolumbun hindu adlandırdığı Amerika qitəsinin yerli aborqen xalqları hələ əsirlər öncə Müsəlman dənzçiləri və alimləri ilə ünsiyyətdə olmuşlar.

 

Mənbə:

(1). M. M. Şərif, islamda fəlsəfənin tarixi, Akademik Nəşriyyat Mərkəzi, Tehran, 1377ş, səh.391.

(2). Həmid Şəfiyi, Xristofor Kolumbdan öncə müsəlmanların Amerika qitəsində olmasının tarixi araşdırması.

(3). Zəhra İslamifərd, İslam mədəniyyəti tarixi, səh.184 Fuad Sezgindən nəql edərək: "Amerikanın kəşfi, Xristofor Kolumb, çinlilər ya ərəblər"

(4). Religious diversity and American religious history: studies in traditions and cultures. Walter H. Conser, Sumner B. Twiss. University of Georgia Press, 1997. ISBN: 0-8203-1918-X pp.248.

(5). Əbdül-Hüseyn Zərrinkub, İslam tarixi, "Əmirkəbir", Tehran, 1362ş, səh.82.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky