Asiya Xəbərləri

ŞOK! Şimali Koreya ABŞ-ın hüdudlarında raket sınağını keçirəcək

“Raket sınağı Quam adasında keçiriləcək əməliyyatın ilk addımıdır”- Kim Conq Un

ŞOK! Şimali Koreya ABŞ-ın hüdudlarında raket sınağını keçirəcək

Kim Conq Un Yaponiyanın üzərindən keçən ballistik raket sınağının, ABŞ-a məxsus Quam adasında keçiriləcək əməliyyatın ilk addımı olduğunu deyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şimali Koreyanın lideri Kim Conq Un Yaponiyanın üzərindən keçən ballistik raket sınağının, ABŞ-a məxsus Quam adasında keçiriləcək əməliyyatın ilk addımı olduğunu deyib.

Şimali Koreya xəbər agentliyi KCNA, Yaponiyanın üzərindən keçən ballistik raketinin Hwasong-12 raketi olduğunu təsdiqləyib. Xəbərdə raket sınağının keçən həftə ABŞ və Cənubi Koreyanın birgə təlim keçirməsinə cavab olduğu bildirilib.

“Bu Şimali Koreya ordusunun Sakit okeandakı əməliyyatının ilk addımıdır və Quamdakı planlarımıza mənalı bir müdaxilədir”, - deyə Kim Conq Un bildirib.

Xəbərdə raket sınağının Kim Conq Unun nəzarəti altında baş verdiyi bildirilib.

Xatırladaq ki, Cənubi Koreyanın hərbi rəsmiləri raketin 2700 km məsafə qət etdiyini, 550 km-lik hündürlüyə çıxdığını və Yaponiyanın şimalındakı Hokkaido adasının üzərindən keçdiyini açıqlamışdı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky