Suriyada Qardaş Qanını Axıdan

Ərdoğan dəstək verdiyi terror qruplaşması ilə birgə Suriya torpaqlarına təcavüz etdi

İlk zərbədə çoxlu ölən var.

Ərdoğan dəstək verdiyi terror qruplaşması ilə birgə Suriya torpaqlarına təcavüz etdi

Afrin əməliyyatında Türkiyənin quru güclərini təşkil edəcək Azad Suriya Ordusu adlı terror qruplaşmasında hazırlıqlar tamamlanıb. 20 minə qədər terrorçu Afrinə girmək üçün Türkiyədən əmr gözləyir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində hərbi əməliyyatın ilk mərhələsi olaraq PYD-yə qarşı “reaksiya ölçmə atəşi” açıb.

Afrin və ətrafdakı Suriyalıların hədəflərinə endirilən zərbələr nəticəsində 30 PYD-çı öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında Türkiyənin quru güclərini təşkil edəcək Azad Suriya Ordusu adlı terror qruplaşmasında hazırlıqlar tamamlanıb. 20 minə qədər terrorçu Afrinə girmək üçün Türkiyədən əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Türkiyənin dəstəyi ilə Suriyada fəaliyyət göstərən “Azad Suriya Ordusu” adlı terror silahlı birləşməsi Suriyanın Afrin bölgəsini işğal etmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky