Yaxın Şərq Xəbərləri

Xəlifə sülaləsinin Şeyx Əli Səlmana qarşı yürütdüyü saxta ittihamlar: Vifaq cəmiyyətinin sədri Qətərə casusluq edib (!)

Şeyx Hüseyn Dihi aparılan bu hiyləgər siyasəti Bəhreyn rejimi ilə Qətər arasında olan ixtilaflardan ortaya gəldiyini bildirib.

  • News Code : 866652
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Vifaq Cəmiyyətinin Baş Katibinin müavini Şeyx Hüseyn Dihi Bəhreyn prokurorluğunun iddialarına cavab olaraq bildirib: “Qətərin sabiq baş naziri Həmd ibn Casim ABŞ və Səud rejimi tərəfindən Bəhreynin siyasi böhranının həlli üçün müştərək həyata keçirtdikləri layihənin icrasında vasitəçi idi. Bu layihə ölkə şahının təvafüqü və şahzadənin tam nəzarəti altında həyata keçirilirdi.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabiəqidəli Xəlifə sülaləsi məhbəs həyatı sürən Bəhreyn Vifaq Cəmiyyətinin Baş Katibi Höccətül İslam vəlmüslimin Şeyx Əli Səlmana qarşı növbəti saxta ittihamlar irəli sürüb. Belə ki, Şeyx Əli Səlman xəlifə sülaləsinin həbsində ola ola Qətər dövlətinə casusluq etməkdə müttəhim olunub.

Ali Xəlifə rejiminin prokuroru Bəhreynin tanınmış mübariz Şiə ruhanisi Şeyx Əli Səlmanla yanaşı Bəhreynin sabiq millət vəkili Şeyx Həsən Sultan və Əli Əsvəd cənablarını da Qətər dövlətinə casusluq etməkdə şərləyib.

Vifaq Cəmiyyətinin Baş Katibinin müavini Şeyx Hüseyn Dihi Bəhreyn prokurorluğunun iddialarına cavab olaraq bildirib: “Qətərin sabiq baş naziri Həmd ibn Casim ABŞ və Səud rejimi tərəfindən Bəhreynin siyasi böhranının həlli üçün müştərək həyata keçirtdikləri layihənin icrasında vasitəçi idi. Bu layihə ölkə şahının təvafüqü və şahzadənin tam nəzarəti altında həyata keçirilirdi.”

O, daha sonra deyib: “Həmd ibn Casim o zaman Bəhreyn şahının qonağı oldu. Onun Şeyx Salmanla apardıqları telefon danışıqları da məhz həmin vaxtda baş verib. İndi isə, Bəhreyn dövləti bu danışıqlara istinad edərək Şeyx Səlmanı casusluqda ittiham edir.”

Vifaq Cəmiyyətinin Baş Katibinin müavini Şeyx Hüseyn Dihi aparılan bu hiyləgər siyasəti Bəhreyn rejimi ilə Qətər arasında olan ixtilaflardan ortaya gəldiyini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky