Yaxın Şərq Xəbərləri

Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib

Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib

Bəhreyndə əhali ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminə qarşı geniş etiraz aksiyaları keçirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünən gecə Bəhreyn xalqı Əbu-Səybə, Əl-Şaxurə bölgələrində geniş aksiya keçirərək Ali-Xəlifə rejiminin şiələr, siyasi fəallar və alimlərə qarşı düşmən hərəkətlərini pisləyib.

Aksiyaçılar Ali-Xəlifə rejimi başçılarına qarşı şüarlar səsləndirib, öldürülənlərin ailələrinin kədərini bölüşdüklərini bildirib və siyasi məhbusların azad edilməsinə çağırıblar.

Aksiyaçılar həmçinin alimlər və siyasi fəalların dərhal azad edilməsini istəyiblər.

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı xalq qiyamının şahididir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin kənarlaşması və siyasi məhbusların azad edilməsini istəyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky