Sionizim Qulları

Ali Xəlifə rejiminin XİN: “Qüdsə görə ABŞ-la aranı pozmağa dəyməz”

Ali Xəlifə rejiminin XİN: “Qüdsə görə ABŞ-la aranı pozmağa dəyməz”

Xalid bin Əhməd Əl-Xəlifə: “Qüds məsələsinə görə ABŞ ilə aramızı pozmağa dəyməz. İran təhlükəsinə qarşı birlikdə vuruşduğumuz bir dövrdə, ABŞ ilə ikinci dərəcəli bir məsələ (səsvermə) üçün dava salmağın heç bir faydası yoxdur”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qeyriqanuni yollarla hakim kəsilmiş Xəlifə sülaləsinin xarici işlər naziri Şeyx Xalid bin Əhməd Əl-Xəlifə Qüds mövzusuna görə ABŞ ilə münasibətləri pozmağa dəyməz deyə bildirib.

Məlumata görə, xarici işlər naziri Twitter-dəki səhifəsində yerləşdirdiyi açıqlamasında belə qeyd edib: “Qüds məsələsinə görə ABŞ ilə aramızı pozmağa dəyməz. İran təhlükəsinə qarşı birlikdə vuruşduğumuz bir dövrdə, ABŞ ilə ikinci dərəcəli bir məsələ (səsvermə) üçün dava salmağın heç bir faydası yoxdur”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky