Azadə İnsanlar

Zindandan Xəbər var. Eldəniz Quliyev Mövsüm Səmədovla görüşüb

Məndə belə təəssürat yarandı ki, Hacı Mövsüm Səmədov azadlıqda yaşayanların çoxundan azaddır.

Zindandan Xəbər var. Eldəniz Quliyev Mövsüm Səmədovla görüşüb

Mövsüm Səmədov, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını, sözün əsl mənasında, siyası sərsəmlik kimi dəyərləndirdi və bu bədnam qərara qarşı sərt şəkildə etiraz etməyin vacibliyini bildirdi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Azərbaycanın siyasi arenasında daim aktivliyi ilə seçilən Eldaniz Quliyev əliyevlər rejimi tərəfindən Qobustan tədricxanasında saxlanılan Azərbaycan İslam Partiyasının şücaətli, dahi və uzaqgörən Lideri Doktor Mövsüm Səmədovla görüşə bilib.

Bu haqda Eldəniz müəllim özünün feyzbuk səhifəsində belə qeyd edib:

“Bu gün nəhayət ki, Qobustan həbsxanasında hacı Mövsüm Səmədovla görüşə bildim...

Əhval-ruhiyyəsi yaxşı idi. Dost-tanışlara, İslam partiyasının üzvlərinə, sədr əvəzi hacı İlham Əliyevə, eləcə də dini camiyə - islami, əxlaqi və mənəvi dəyərlər uğrunda mübarizə aparan bütün qardaş-bacılara salamlarını göndərdi. Eyni zamanda, insan hüquq və azadlıqlarınin qorunması istiqamətində daima fədakarlıq göstərən Leyla Yunusa, vəkil Yalçın İmanaova xüsusi sayğı və minnətdarlığını çatdırmağı xahişi etdi.

Hacı Mövsümlə ölkədə və dünyada baş verən hadisələr barədə geniş fikir mübadiləsi apardıq. Deyim ki, dəyərli hacı bütün əhəmiyyətli hadisələrdən xəbərdardı; olaylara münasibətdə isə, həmişə olduğu kimi, böyük ruh yüksəkliyi və mübarizə əzmi nümayiş etdirir. O, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını, sözün əsl mənasında, siyası sərsəmlik kimi dəyərləndirdi və bu bədnam qərara qarşı sərt şəkildə etiraz etməyin vacibliyini bildirdi. Ölkənin dini kəsimi ilə mütərəqqi düşüncəli ziyalıların, habelə mənəviyyatlı yaşam tərzi, xoşbəxt və demokratik Azərbaycan uğrunda mücadilə aparan insanların bir araya gəlməsinin talehyüklü məsələ olduğunu vurğuladı.

Məndə belə təəssürat yarandı ki, Hacı Mövsüm Səmədov azadlıqda yaşayanların çoxundan azaddır. Və bir daha əmin oldum ki, İman sahibi, ibadət əhli, özünün dini dəyərlər daşıyıcısı missiyasını dərk edən, ən başlıcası,- ruhən azad olan İNSAN üçün... həbsxana divarları və qıfıllı qapılar heç vədə qorxulu reallıq sayılmır!..

Allah-Təalanın köməyi və haqq uğrunda mübarizə sayəsində o qapılar da, o qıfıllar da açılar, inşaAllah!”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky