Əbülfəz Qarayev:

Xəzər ölkələrinin birgə mədəniyyət komitəsi yaradılsın

  • News Code : 840446
  • Source : Sahar TV
Brief

İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüşdə Xəzər ölkələri arasında birgə mədəniyyət komitəsinin yaradılmasını təklif edib.

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkəman bu görüşdə Xəzər dənizi ətrafında yerləşən ölkələrin zəngin və çeşidli mədəniyyətə malik olmasına işarə edərək, deyib: Xəzəryanı ölkələrin birgə mədəni komitəsinin təsis edilməsi bu mədəniyyətləri dünya səviyyəsində yayımış olacaq.

İbrahimi Türkəman həmçinin, Təbriz şəhərinin 2018-ci il üçün  İslam Dünyasının turizm paytaxtı elan edilməsini iki ölkə arasında birgə mədəni proqramların icrası üçün münasib fürsət adlandırıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu görüşdə Xəzəryanı ölkələrin birgə mədəniyyət komitəsinin yaradılması təklifini müsbət qarşılayıb və deyib: Belə bir komitənin yaradılması Xəzər ölkələri arasında birgə əməkdaşlıqlar üçün təsirli addım olacaq.
..................
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky