Yaxın Şərq Xəbərləri

BMT-nin gözü önündə Yəmənli körpələr acından ölür! (1) – Foto

BMT-nin gözü önündə Yəmənli körpələr acından ölür! (1) – Foto

Əməl Hüsynin anası deyib: "Qəlbim sınıb!.. Əməl daim gülümsənirdi... Amma indi qrtıq digər yəmənli körpə uşaqların fikrini çıkirəm..."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bütün dünya gözü önündə Yəmən xalqına olunan zülümlər nə yerə nə də göyə sığmıyan bir zülmdür... Büdcəsi azğın ali səud sülaləsinin neft gəliri ilə təmin olunan BMT də ilk olaraq bütün bu cinayətlərin əsas məsuliyyətini daşıyan beynəlxalq orqandır...

Burası Yəməndir. ABŞ, Qərb İttifaqı, sionist rejim, Türkiyə, Ərəb Liqası başda olmaqla səudiyyə rejiminin başçılıq etdiyi koalisya qüvvələri tərəfindən 4-cü ildir tam iqtisadi, siyasi, hərbi, səhiyyə sanksiyalara məruz qalmış və gecə-gündüz ağır tonajlı bomba və raketlərin başlarına yağdırılan məzlum xalqın diyarı...

Şəkildə gördüyünüz bu yəmənli qızcığaz Əməl Hüseyndir. Onun yeddi yaşı vardır. Yəmən qaçqınlar düşərgəsindən çəkilən bu şəkil müşahidəçilərin qəminə və kədərinə səbəb olmuşdur.

Aclıq və natəvanlıq üzündən durumu kritik həddə çatmış qızcığazın şəkilini ilk olaraq Nyu York Tayms qəzeti yayımlamışdır... Bir çox xeyriyəçi insanlar qəzetlə əlaqə saxlayaraq bu qızcığaza və onun valideynlərinə yardım etmək istədiklərini və hətta onları xaricə köçürüb ev və işlə təmin etmək istədiklərini bildirsələr də lakin valideynləri artın gec olduğunu bildirərək Əməl Hüseyn balanın aclığa tab gətirə bilmədiyini deyrək həyatla vidalaşdığını söyləyiblər.

Əməl Hüsynin anası deyib: "Qəlbim sınıb!.. Əməl daim gülümsənirdi... Amma indi qrtıq digər yəmənli körpə uşaqların fikrini çıkirəm..."

Qeyd edək ki, 2015-ci ildən bu yana səudiyyə rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı apardığı müharibədə 6 min körpə həyatını itirib. Statistika Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun verdiyi açıqlamasına görədir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky