Talış Xalqının Milli İrsi Haqqda Tədqiq Aparanlar

Unudulmaz Alim və Şəxsiyyət - Boris Vsevolodovıç Müller! – Video

Sovet dövrünə qədər Rusiya İmperiyasının Türkiyə, İran və bir çox Ərəb ölkələrində səfir və konsulluq vəzifələrdə çalışmış və oradakı onlarla və yüzlərlə xalqlarla təmasda olmuş və onları tədqiq etmiş, Sovet dövründə isə Qafqaz, türk-tatar, fars,tat,osetin,tacik və s. xalqların dil və etnoqrafiyasıyla məşğul olmuş bu dilşünas-etnoqraf-hüquqşünas alimi Talışa bağlayan nə idi??? Axı,


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: 1877-ci ilin bu günündə - 31 oktyabrda Moskvada görkəmli ziyalı-alim ailəsində doğulmuş alman əsilli B.V. Müller birinci dünya savaşından sonra almanlara qarşı mövcud təqib və repressiyalardan sonra soyadını Miller ilə əvəzləməli oldu... Bu əfsanəvi Alim və Şəxsiyyət barədə kifayət qədər az rəsmi məlumatlar nəşr edilsə də bir çox xalqların, o cümlədən, Talışların dilindən heç vaxt düşməmişdir... Hətta xalq qəhrəmanını bir çox uydurma hekayələri ilə də yaddaşlara həkk etdirmişdi...

Görəsən, bu rus-alman əsilli alimə bu qədər xalq sevgisinin sirri nə idi??? Sovet dövrünə qədər Rusiya İmperiyasının Türkiyə, İran və bir çox Ərəb ölkələrində səfir və konsulluq vəzifələrdə çalışmış və oradakı onlarla və yüzlərlə xalqlarla təmasda olmuş və onları tədqiq etmiş, Sovet dövründə isə Qafqaz, türk-tatar, fars,tat,osetin,tacik və s. xalqların dil və etnoqrafiyasıyla məşğul olmuş bu dilşünas-etnoqraf-hüquqşünas alimi Talışa bağlayan nə idi??? Axı, o, cəmi iki dəfə - 1902-də - bir ay yarım(yayda) və 1925-də cəmi bir ay (10 avq.-10 sent.), yəni, təxminən 70-80 gün Talışda olmuşdu... Bununla belə, Talışa həsr etdiyi iki irihəcmli - “Talişskiye tekstı”(1930) və “Talışskiy yazık”(1953) elmi monoqrafiyaları –yüzlərlə digər nəhəng elmi əsərlərilə müqayisədə bəlkəm də onun elmi tədqiqat yaradıcılığının ən yüksək zirvəsi idi... B.V.Miller 1929-cu ildə Azərbaycanda bir çox digər milli-etnik məktəblərlə yanaşı, talış dilli məktəblərin açılışını və talış dərsliklərinin çapını min bir sevinclə qarşılamış və dərliklərlə bağlı bir çox elmi tövsiyyələrini də dərslik müəlliflərinə (əsasən də Zülfüqar Əhmədzadəyə) göndərmişdir. Əlbəttə ki, B.V.Miller bu Xalq sevincinin heç də çox çəkməyəcəyini bilirdi... Və yaxşı bilirdi ki, yaxın, dəhşətli bir gündə ona da bu xalqın və dilinin davamlı tədqiqini qadağan edəcək və onlarla yaxınları repressiyaya məruz qalacaqlar... Moskva Dövlət Universitetinin tanınmış alim-professoru kimi elə özü də bir müddət Tatarıstanda, son həyat illərini isə Kaluqa oblastının Medın şəhərində keçirməli olacaq... Ömrünün son bir neçə illərində min-bir çətinlik və xəstəlıklərlə üzləşən B.V.Miller tələbələrinə (əsasən Лия Пирејко (Lia Pireyko)ya) Talışın tədqiqinin davam etdirməsini vəsiyyət edir... Talışın az qala hər kəndini, dağ və meşələrini, çay və sularını səyahət etmiş, dilini, tarixini, mədəniyyətini min bir sevgi və məhəbbətlə tədqiq etmiş Boris Vsevolodoviç Millerinin məzarını tapıb və ziyarət etmək uşaqlıq arzumuz idi... Şükür Allaha ki, kiçik bir təsadüf (əslində isə İlahi hikmət) sayəsində onun Rusiyanın xeyli kiçik - Medın adlı şəhərində dəfn edildiyini öyrənib, öz şəxsi vəsaitimizlə də oraya üz tutduq... 27 iyul 2011-ci ildə, yerli şəhər rəsmilərinin, o cümlədən, “Zarya” qəzetinin baş redaktoru xanım İrina Bulkinanın köməyilə B.M.Millerin məzarıni tapdıq (bu barədə həmin qəzetdə yazı da çap olunub)... 1932-1957-ci illərdəki Medın bağ evində də olduq və o evdə 80-85 yaşlı nəvəsi prof. Somik Natalya Mixaylovna və əri general-akademik Valentin Vasileviç Somiklə ilə və d. yaxınlarıyla də görüşdük... Xanım Somik Natalya Mixaylova ilə görüşərkən, onun - “...nəhayət ki, Babamın - gələcək taleyindən xeyli narahat olduğu sevimli bir xalqının - Talışların canlı bir nümayəndəsini görmək səadəti mənə də nəsib oldu...” sözləri isə bizi lap qəhərləndirdi...

Ruhun şad olsun əziz Dost və Ustadımız! Səni unutmağa haqqımız yoxdur!!! P.S. Aşağıdakı videoda: B.V.Millerin məzarının ziyarəti...

Məqalə riyaziyyat elimlər namizədi Hilal Məmmədov tərəfindən yazılıb və feysbukda şəxsi səhifəsində yerləşdirilib.

 

https://www.facebook.com/hilal.mamedov.3/videos/2196658523686865/

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky