Tarix Yaradan Şəxsiyyətlər

Talış xalqının ümumibəşər fəxri general-leytenant Kərim Abbas-Əli oğlu Kərimov - Foto

  • News Code : 818089
  • Source : ABNA- Xəbər Agentliyi Sosial Şəbəkələrə İstinadla
Brief

Kərim Kərimov sovet kosmik proqramının banislərindən olub. İki dəfə Lenin ordeni ilə təltif olunub (1961-ci ildə kosmosa ilk üçüş edən insanın (Yuri Qaqarinin) hazırlanmasına görə, və ikinci orden xidmətlərə görə 1987-ci ildə verilib)

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünyanın bir çox yurdlarında olduğu kimi Talış Diyarı da, dünya şöhrətli Sərkədələr, Dahilər ərsəyə gətirib.

Belə ki, bu dəfə iki fəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanov kimi Azərbaycanın və xüsusən də talışların dünya səviyyəli fəxri olan daha bir general Kərim Kərimov haqqında qısa məlumat vermək istərdik.

O, 14 noyabr, 1917-ci ildə Bakıda dünyaya gəlib. Atası Abbas-Əli Kərinov mühəndis olub. General Kərim Kərimov əslən Lənkəranın Boladi kəndindəndir. Azərbaycanın fəxri olsa da indi onun haqqında çox az yazılır və onun həyatı az işıqlandırılır. O, kosmonavtika üzrə sovet alimi və mühəndisi olub.

Kərim Kərimov sovet kosmik proqramının banislərindən olub və kosmosun təhqiqatında böyük töhvəsi var. Məsələn ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. Yuri Qaqarinin hazırlğına Kərim Kərimov şəxsən cavabdeh idi. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. K. Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır (1966-1991). Uzun illər Sovet kosmonavtikasında mərkəzi fiqurlardan olub. Lakin onun şəxsiyyəti karyerası boyu təhlükəszislik məqsədi ilə daim məxfi saxlanılıb.

General-leytenant Kərim Abbas-Əli oğlu Kərimov 29 mart, 2003-ci ildə dünyasını dəyişib.

Mükafatları:

1. Sovet İttifaqı Qəhrəmanı (1987) - "Mir" çoxmodullu orbital statnsiyasınln yaradılması və ora uçuşların təmin edilməsi

2. Vətən qarşısında xidmətlər görə İV dərəcəli orden (2001) - Rusiya kosmonavtikasının yaradllmasında və inkişafında böyük xidmətlər görə.

3. İki dəfə Lenin ordeni ilə təltif olunub (1961-ci ildə kosmosa ilk üçüş edən insanın (Yuri Qaqarinin) hazırlanmasına görə, və ikinci orden xidmətlərə görə 1987-ci ildə verilib)

4. İki dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunub.

5. Qırmızı Ulduz ordeni ilə 1945-ci ildə təltif olunub.

6. Lenin mükafatı (1966-cı il) - "Zenit" peyk fotokəşfiyyat kompleksinin yaradılmasına və tətbiqinə görə.

7. 3-cü dərəcəli Stalin mükafatı (1950-ci il) - yeni radioaparaturanın yaradılmasına görə (radioölçülər götürən "Don" sistemi).

8. SSRİ dövlət mükafatı (1979-ci il) - orbital stansiyalara kosmik gəmilərin uğurlu uçuşlarına görə.

9. "Döyüş xidmətlərinə görə" medal.

10. "Almaniya üzərində 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbəyə görə" medal. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky