Azərbaycan Xəbərləri

Tale Bağırzadədən təklif: "Nardaran hadisəsi ilə bağlı koalisiya yaradılsın"

Tale Bağırzadədən təklif:

Bu koalisiya öz işinə hədəf və məqsədlərinə çatana qədər, 26 noyabr və ondan sonra həbs olunanlar azad olunana, Nardaran hadisələrində törədilən cinayət öz doğru qiymətini alana, faciəni törədənlər cəzalandırılana qədər davam edəcəkdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 26 noyabr Nardaran hadisəsi ilə bağlı koalisiya yaradılması təşəbbüsü ilə çıxış edib.

Məlumata görə, ilahiyyatçı koalisiyanın məqsəd və məramlarının nələrdən ibarət olacağı barədə fikirlərini yaxınlarının vasitəsi ilə qısa şəkildə ictimaiyyətə çatdırıb.

"Müsəlman Birliyi Hərəkatının rəhbərliyi “26 noyabr” koalisiyası yaratsın və 2015-ci il noyabr hadisəsi zamanı həbs olunanların huquqlarının mudafiə olunmasını, bu tarixdə baş verənlərin əsil mahiyyətinin ölkə və dünya ictimaiyyətinə geniş izah edilməsi işini ardıcıl və geniş şəkildə təşkil etsin.

Bu hadisə zamanı və sonra həbs olunmuş insanların ailələrinə diqqət daha da artırılsın və bu ailələrə yardımların edilməsi, onların diqqətdən kənarda qalmaması təmin edilsin.

Bu tarix, müasir dövrdə hakimiyyətin törətdiyi cinayətlərdən birincisi olan Nardaran hadisələri unudulmamalıdır. Necə ki, Azərbaycan xalqı ermənilərin 26 fevral Xocalıda törətdiyi soyqırımı unutmamışdır, eləcə də 26 noyabr tarixində YAP hakimiyyətinin Nardaranda törətdiyi cinayəti unutmamalıdır.

Bu prosesə digər təşkilatlarda təmsil olunan və sıravi insanlar da qoşula bilər. İlin hər ayının 26-sı, bir 26 fevral Xocalı soyqırımı istisna olmaqla, ölkə və ölkədən kənarda tədbir və yığıncaqlar təşkil edilsin, media ve sosial şəbəkələrdə 26 noyabr ve ondan sonra baş verənlər, məhkəmələr də daxil yenidən ictimailəşdirilsin.

Məhbus ailələri hər ayın 26-sı bir araya gəlsin, hadisənin ictimai müzakirəsini təmin etsinlər.

Bu koalisiya öz işinə hədəf və məqsədlərinə çatana qədər, 26 noyabr və ondan sonra həbs olunanlar azad olunana, Nardaran hadisələrində törədilən cinayət öz doğru qiymətini alana, faciəni törədənlər cəzalandırılana qədər davam edəcəkdir.

Biz, hətta azadlıqdan məhrum edilmiş olsaq da, hərəkatın adından bəyan edirik ki, bütün bunların həyata keçməsi üçün hər şey edəcəyik.

 

Qobustan, Tale Bağırzadə"

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky