Azərbaycan və Anti-Şiə siyasətlərin davamı

Tale Bağırzadə: "Niyə görə ömürlük azadlıqdan məhrum edilmədim?"

"Nardaran işi 1" üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb.

  • News Code : 840992
  • Source : Rakurs TV
Brief

Tale Bağırzadə: "Allah Zəhra balamızın yaxınlarına səbr versin. Azərbaycan hakimiyyəti 25 ildir torpaqlarımızı azad eləmir, ancaq danışır, artıq o torpaqları işğaldan azad etməyin zamanıdır"

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, iyulun 7-də Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təqsirləndirilən digər 16 şəxsin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Əmir Bayramov sədrlik edib.

Müdafiə tərəfinin vəkiləri Yalçın İmanov və Cavad cavadov vəsatət qaldıraraq, təqsirləndirilən şəxslərin dəmir barmaqlıq arxasından çıxarılıb vəkilləri ilə birgə əyləşdirilməsi, məhkəmə iclası zamanı audio-video çəkilişə icazə verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi və apellyasiya şikayəti üzrə məhkəmə baxışının qismən məhkəmə istintaqı ilə aparılmasını istəyiblər. Tale Bağırzadə isə bir neçə gün öncə erməni əsgərləri tərəfindən öldürülən Zəhra Quliyeva ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib:

"Allah Zəhra balamızın yaxınlarına səbr versin. Azərbaycan hakimiyyəti 25 ildir torpaqlarımızı azad eləmir, ancaq danışır, artıq o torpaqları işğaldan azad etməyin zamanıdır"

O, verilən məhkəmə qərarının ədalətsiz olduğunu bildirib və İlham Əliyevin məhkəmədə şahid kimi dindirilməsi ilə bağlı vəsatət qaldırıb:

"Mənə qarşı 21 maddə ilə ittiham irəli sürülüb, onların da böyük əksəriyyəti ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur. Amma mənə ömürlük həbs cəzası verilmədi, 20 il azadlıqdan məhrum edildim. Mən İlham Əliyevə üzümü tuturam, gəlsin mənə izah eləsin, əgər bu cinayəti törətmişəmsə, təşkilatçıyamsa, niyə görə ömürlük azadlıqdan məhrum edilmədim? Yox, əgər günahım yoxdursa, niyə görə indi burdayam?"

Bundan sonra hakimlər müşavirəyə gedib. Məhkəmə kollegiyası bir neçə dəqiqədən sonra geri qayıdaraq heç bir vəsatəti təmin olunmadığını elan ediblər.

Məhkəmə zamanı aydın olub ki, müdafiə tərəfinin 8 iyun tarixində məhkəmə iclas protokoluna verdiyi qeydlər Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən rədd edilib. Məhkəmənin 23 iyun tarixli qərarı ilə müdafiə tərəfin iclas protokoluna verdiyi qeydlərin heç biri təmin edilməyib.

Hakim məhkəmə istintaqı aparılmadan apellyasiya şikayəti üzrə növbəti məhkəmə baxışının 13 iyul saat 15:00-də keçirilməsinə qərar verib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır    


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky