Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Tale Bağırzadə: Bu hakimiyyət yalnız inqilab yolu ilə arxivə göndəriləcək. Azərbaycanda dəyişikliyi xalq etməlidir.

Tale Bağırzadə: Bu hakimiyyət yalnız inqilab yolu ilə arxivə göndəriləcək. Azərbaycanda dəyişikliyi xalq etməlidir.

"Nardaran hadisəsinin baş verməsinə səbəb xalqın inqilab əhval-ruhiyyəsi oldu. Hakimiyyət ölkədə inqilab qoxusunu duydu və Nardaranı hədəf seçdi. Bu əslində bəhana idi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün (yanvarın 26-sı) Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadəyə açılmış cinayət işi üzrə hazırlıq iclası keçirildi.

Məhkəmənin açıq keçirildiyi deyilsə də, iştirak etmək üçün gələnlər içər buraxılmadı. Nəzarətçilər və polislər iştirakçılarla çox kobud rətar etdi. Qaradağ rayon məhkəməsində böyük zal təmirə dayandığı üçün proses kiçik zalda keçirildi. Zalı öncədən "təcrübəyə gələnlər"lə doldurduqlarından məhkəməyə gələnlər çöldə qalıb. Vəkil Yalçın İmanov, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli, yazıçı Zümrüd Yağmur, Müsəlman Birliyi Hərəkatının üzvləri, digər şəxslər polislərin kobud rəftarı ilə üzləşib və məhkəmə zalına buraxılmayıb.

Qeyd edək ki, Tale Bağırzadə barəsində açılan yeni cinayət işi Azərbaycan məhkəmə tarixində bir ilkdir. Bu dəfə ilahiyyatçı CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham olunur. Bu işin istintaqı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aparılıb.

İttihama görə, T.Bağırzadə Qobustan həbsxanasına gətirilərkən yoxlama zamanı üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Amma ekspertiza həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olması haqda rəy verib.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, təqsirləndirilən şəxsin vəkili Fariz Namazlı irəli sürülən ittihamın əsassız olduğunu bildirdi və cinayət işinə xitam verilməsini istədi. Hakim Rufan Mürsəlov isə vəkilin vəsatətini təmin etmədi.

Tale Bağırzadə çıxışı zamanı 2011-ci ildən bu yana artıq beşinci dəfə həbs edildiyini bildirdi: "Əslində bura müttəhim kürsüsü deyil, xitabət kürsüsüdür və mən Allahıma şükür edirəm ki, mənə belə bir imkan yaradıb".

Daha sonra ittihama münasibət bildirən T.Bağırzadə cinayət işinin siyasi motivli olduğunu və üzərində aşkar edilən "yaddaş kartının" Qobustan həbsxanasıda daxil olmaqla, istənilən cəzaçəkmə müəssisəsində məhkumlar tərəfindən istifadə olunduğunu bidlirdi: "Bu kartla bağlı açılan ilk məhkəmə işidir. İndiyə qədər heç kimə həbsxanaya kart keçirdtiyi üçün cinayət işi açılmayıb. Ona qalsa mənim radiom da var, gərək onu da alaydılar. Bütün bunlar müstəntiqin uydurmasıdır.

Bizim xalqımız şərəfli xalqdır, ləyaqətli xalqdır. Bu hakimiyyət isə bu xalqa layiq deyil".

Tale Bağırzadə Nardaran hadisələrinə toxunaraq maraqlı faktlar açıqlayıb: "Nardaran hadisəsinin baş verməsinə səbəb xalqın inqilab əhval-ruhiyyəsi oldu. Hakimiyyət ölkədə inqilab qoxusunu duydu və Nardaranı hədəf seçdi. Bu əslində bəhana idi. Bu hakimiyyət yalnız inqilab yolu ilə arxivə göndəriləcək. Azərbaycanda dəyişikliyi xalq etməlidir. Biz razıyıq ki, analarımız ağlasın, amma balalarımız ağlamasın. Gələcək nəsillər bu hakimiyyətdən xilas ola bilsin".

İlahiyyatçının çıxışından sonra məhkəmə iclası sona çatıb. Növbəti proses fevralın 6-a saat 11:30-a təyin olunub.

Xatırladaq ki, Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunan ilahiyyatçı ölkənin konstitusion quruluşunu dəyişməyə, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, qəsdən adam öldürmə kimi ağır maddələrlə ittiham edilib və 20 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky