Azərbaycan Xəbərləri

Tale Bağırzadə Abbas Hüseynovu təbrik etdi

Tale Bağırzadə Abbas Hüseynovu təbrik etdi

Tale Bağırzadə: Abbas, sənə getdiyin iman, azadlıq, ədalət yolunda möhkəm olmağı, mübarizənin nəticəsini görməyi arzulayıram.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Martın 3-ü Nardaran məhbusu Abbas Hüseynovun 31 yaşı tamam olub. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu münasibət ilə Abbas Hüseynova təbrik ünvanlayıb. Yaxınlarının Rakurs TV-ə verdiyi məlumata görə ilahiyyatçı təbriklərini telefon danışığı zamanı çatdırıb. Sözügedən təbrikin mətnini təqdim edirik:

"Əziz qardaşım, Abbas! Zindanda keçirdiyin 31-ci yaş günün mübarək olsun. Sən azadsan, həmişə də azad olmusan. Ona görə mən səni məhkum, məhbus saymıram. Əsl məhbuslar səndən qorxub sənə 20 il həbs cəzası verən bu hakimiyyət və onların xidmətçiləridir. Onlar öz nəfslərinə, hakimiyyət ehtiraslarına, qorxularına məğlub olub, azadlıqlarını itiriblər. Sən isə dəmir barmaqlıqlar arxasındakı duruşunla həbsini istəyən prokurorlardan, hökm oxuyan hakimlərdən və ən nəhayət bu həbsin sifarişçilərindən daha azadsan.

Qardaşım, şübhə yoxdur ki, Allahın vədi haqdır və hər kəs öz əməllərinə görə gec ya tez cavab verəcək. Bu xalqa zülm edənlər tarix, insanlıq və Allah qarşısında mühakimə olunacaqlar. Amma mən inanıram ki, bundan qabaq Nardaran dəhşətini törədənlər, 6 günahsız insanı öldürənlər, illərboyu xalqın haqqını qəsb edib, vətənimizi xarabaya çevirənlər elə bu xalq qarşısında da öz cəzalarına catacaqlar. Bu, bizlərin, xalqımızın mübarizəsi sayəsində baş verəcək.

Abbas, sənə getdiyin iman, azadlıq, ədalət yolunda möhkəm olmağı, mübarizənin nəticəsini görməyi arzulayıram. Təşəkkür edib, etdiklərinin dəyərini aşağı salmaq istəmirəm. Allah və qədirbilən xalqımız fədakarlıqlarına şahiddir. "Buna görə də, səbr et ki, Allahın vədi haqdır" (Ğafir/55)

Tale Bağırzadə

Qobustan Həbsxanası"

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky