Həqiqət Dolu Köşə Yazısı

Təhlükədə olan TALIŞ milli kimliyi

Mən quru və radikal millətçilyin də qəti şəkildə əleyhinəyəm. İstər bunu türk etsin, istərsə talış və ya başqa bir millət

Təhlükədə olan TALIŞ milli kimliyi

Hamı insan olaraq Allah qarşısında eyni hüquqa malikdir. Özünü başqa millətdən üstün görmək şeytan əməlidir. Amma bir millətin əzilməsinə də göz yummaq, o millətə xəyanətdir.

Əziz talışlar, mən talış deyiləm, əslən Göyçə mahalındanam, amma ədalət naminə bu sözləri deməliyəm. Mən, ürək yanğısı ilə yazacağım bu sətirləri, talış düşmənlərinin və həyasız türk millətçilərinin mənə qarşı "separatçı", "vətən xaini", "irqçi", "İran agenti" və.s ucuz ləqəblər verməsini nəzərə alaraq yazıram. Amma haqq, yenə də haqqdır.

Əziz talışlar, dəyərli qardaşlar dininizdən, dilinizdən və mədəniyyətinizdən son dərəcə muğayət olun. Sizdə olan bu üç dəyərə illərdir ki, hücumlar olur. Son illər isə, bu hiyləli hücumlar daha da şiddətlənib. Yeganə hədəf siz talışlara öz milli kimliklərini unutdurmaq və beləliklə də öz məkrli siyasətinin qurbanına çevirməkdir. Talış cavanların narkotikaya qurşanmasını göz yummaq və hətta buna şərait yaratmaq, ən ümdə addımlardandır. Onlara öz haqq və hüquqlarını tələb edən, dəyərlərinə sahib çıxan talışlar xeyir etmir. Bizdə olan məlumatlara görə Talış mahalında hətta məqsədyönlü şəkildə yoluxucu Hepatit C və SPİD kimi xəstəliklər də yayırlar.

Digər tərəfdən, planlı və məqsədyönlü şəkildə bu cavanların başı çayxanalarda “oğru aləmi” mövzuları məşğul edildi. Çünki, talışlar arasında talışların öz tarixinin, tarixdə iz qoymuş qəhrəmanlarının, elm adamlarının, mədəniyyət xadimlərinin, dahi müctehidlərin müzakirə mövzusuna çevrilməsini istəmirlər.

Digər bir hiylə isə, istirahət mərkəzləri adı altında talışlar arasında əxlaqsızlığın yayılmasıdır. Çünki, onlara dindar, elmli və ayıq deyil, tüfeyli həyat sürən talış gəncləri lazımdır.

Bu etaplardan sonra, artıq son vaxtlarda müşahidə edirik ki, talış milliyyətli tanınmış şəxsiyyətlər cəmiyyətə türk əsilli kimi təbliğ edilir. Bununla da talışlara onların türk olduqları təbliğ edilərək, mədəniyyəti dəyişdirilərək, milli kimlikləri unutdurulacaq. Çünki, onlara əxlaqını, mədəniyyətini, qeyrətini itirmiş talışlar lazımdır. Bu məkrli plan isə, birbaşa Allahın yaradılış fəlsəfəsinə ziddir. Allah tala bu məsələyə quranda işarə edərək, buyurur: “...Sonra bir-birinizi tanıyasız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. (hücərat-13) Eyni Ayədə Allah yanında ən yaxşı kəs, daha təqvalı olan göstərilsə də, ondan öncə millət faktorunun qorunması məsələsinə toxunulur. Digər millətlər kimi, talış milləti də yalnız öz talış kimliyinə sadiq qalaraq ilahi prinsiplərlə yaşaya bilər. Milli kimliyini, mədəniyyətini, dilini itirmiş talışlar isə, hər an yad qüvvələrin siyasi oyuncağına çevrilə Bilər.

Burada bir neçə "niyələr"i qeyd etmək lazım: Məsələn niyə talış zonasında rəsmi mərasimlərdə talışca çıxışlara icazə verilmir? Niyə tarix kitablarında “Talış xalnlığı” “Lənkəran xanlığı” ilə əvəzlənib? Cənub TV-də talışca proqramların yayımına niyə icazə verilmir? Niyə “Talış-Muğan” mahalı “Cənub zonası” sözü ilə əvəzlənir? Naxçıvan, Qarabağ, Şirvan, Aran, Gəncə-Basar deməyə olar, amma Talış-Muğan sözü aradan aparılıb? Oranın tarixi adı var axı. Bu ada kim müharibə elan edib? Məgər Cənub ancaq oradır? Niyə dövlət tərəfindən talış dilində qəzetlər jurnalar buraxılmasına dəstək verilmir? Niyə dövlə talış dilinin inkişafı üçün şərait yaratmır Və.s. Bu niyələri artırmaq da olar.

Bu problemlər həll olunmalıdır və bunun bir çıxış yolu olmalıdır. Talışlara qarşı tam ədalətli siyasət yürüdülməlidir. Bununla bağlı ciddi addımlar atılmasa, talışlar əvvəl-axır öz haqlı etirazını getdikçə gücləndirəcəklər və bu onların Allah tərəfindən aldığı haqlarıdır. Öz növbəsində talış ziyalıları bu məsələdə daha aktiv olmalıdırlar və talışlar milli haqlarını dövlətdən tələb etməlidirlər. Problemlərini gündəmə gətirməkdən çəkinməməlidirlər. Əks halda isə, bu qeyrətli millətə xəyanətdir.

Mən quru və radikal millətçilyin də qəti şəkildə əleyhinəyəm. İstər bunu türk etsin, istərsə talış və ya başqa bir millətin nümayəndəsi. Hamı insan olaraq Allah qarşısında eyni hüquqa malikdir. Özünü başqa millətdən üstün görmək şeytan əməlidir. Amma bir millətin əzilməsinə də göz yummaq, o millətə xəyanətdir.

Mən özüm görmüşəm ki, bəzi yerlərldə talışlar problemləri haqqında danışanda onlara deyirlər ki, “bəs baş yerlərdə də belədir, və bütün xalq əziyyət içindədir”. Xeyr, bu tam olaraq belə deyil. Azərbaycan xalqı rejimdən əziyyət çəksə də, talışlara olan zülm daha çoxdur. Daha çox olan zülm odur ki, talışları bir millət kimi silib, məhv etmək istəyirlər. Onların milli kimliyini, mədəniyyətini, tarixini əllərindən almaq istəyirlər. Mən bir müsəlman kimi, şiə kimi, Həzrət Əlinin (ə) davamçısı kimi, daim haqq uğrunda mübarizə aparan şəsx kimi, talışları öz milli hüquqlarının müdafiəsində tam dəstəkləyirəm. Mən, bizim əziz talış millətinin yanındayam! Qarabağda Azərbaycan uğrunda bu qədər şəhid verən qeyrətli, cəsur və qorxmaq millətə, bu qədər ədalətsizlik etməyin bir adı var - Xəyanət! Azərbaycan dövləti, hələki gec deyil ayılmalı, talışların milli hüquqları təmin etməlidir!

Əkrəm Hacızadə

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky