Davam Edir 37-i...

Şiələrə təziqlər davam edir- Azərbaycanda \ Elxan İsgəndərov barəsində həbs-qətimkan tədbiri seçilib

“Müsəlman Birliyi”nin azadlıqda olan sonuncu rəhbəri də həbs edildi.

  • News Code : 818326
  • Source : ABNA – Xəbər Agentliyi “Azadliq”-a istinadla
Brief

Elxan İsgəndərova Cinayət Məcəlləsinin 10 maddəsi əsasında ittiham irəli sürülüb. Onların arasında terrora cəhddən tutmuş, silahlı qrup yaratma və hakimiyyəti zorla ələ keçirməyədək ağır maddələr var.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əliyevlər rejiminin anti-Şiə siyasətləri davam edir. Belə ki, martın 16-da Nəsimi Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin həbsdə olmayan sonuncu üzvü Elxan İsgəndərov barəsində həbs-qətimkan tədbiri seçilib.

Rejimin ədalətsiz hakim Babək Həsənov ilkin istintaq dövrü üçün həbs müddətini 3 ay 11 gün müəyyənləşdirib. Bu haqda vəkil Fariz Namazlı məlumat verib.

Elxan İsgəndərova Cinayət Məcəlləsinin 10 maddəsi əsasında ittiham irəli sürülüb. Onların arasında terrora cəhddən tutmuş, silahlı qrup yaratma və hakimiyyəti zorla ələ keçirməyədək ağır maddələr var.

Nardaran əməliyyatından sonra həbs olunan və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən 24 nəfər də eyni maddələrlə suçlanırlar. Hərəkatın İdarə Heyətinin digər üzvləri həbs edilərkən, Elxan İsgəndərov gizləndiyindən, haqqında axtarış elan olunmuşdu.

Elxan İsgəndərov məhkəmədə heç bir cinayət törətmədiyini və ittihamları qəbul etmədiyini bildirib. O, Müsəlman Birliyi Hərəkatının sifarişiylə “Vəhdət” futbol turniri təşkil etdiyini, birliyin üzvləri həbs olunarkən, qorxusundan gizləndiyini söyləyib.

Elxan İsgəndərov daha sonra Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

Onun vəkili Fariz Namazlı həbs qərarından apellyasiya şikayəti verəcək.

Vəkilin sözlərinə görə, Elxan İsgəndərovu martın 14-də gecə saat 2-də evində başına torba keçirərək aparıblar. Hara aparıldığı barədə ailəsinə heç bir məlumat verilməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky