Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək

Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək

Məhkəmə 30 yanvar 2018-ci il tarixində saat 11:00-da baş tutacaq

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, Namaz Məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti  üzrə məhkəmə  yanvar ayının 30-da  Ali Məhkəmədə keçiriləcək.

C.Cavadoun bildirib ki, Hacı Sərdar Babayevin barəsində olan cinayət işi üzrə  kassasiya şikayəti  üzə Ali Məhkəmədə keçiriləcək məhkəmə baxışı 30 yanvar 2018-ci il, saat 11:00 –a təyin olunub.  İşə Hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.  Hacı Sərdar məhkəmədə iştirak üçün  müraciət ünvanlayacaq.

Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky