Azərbaycan və Anti-Şiə Siyasətlərinin Davamı

Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxlanıldı - Məhkəmə qərarına əsasən

  • News Code : 818100
  • Source : İslamin Sesi
Brief

Vəkil Cavad Cavadov: “Sərdar Babayev ali təhsilli ruhanidir. Onun ittiham edildiyi 168-1 maddəsi Şeyx Sərdar Hacıhəsənliyə aid deyil. Bu maddə qüvvəyə mindikdən sonra xaricdə təhsil alıb, ölkəyə qayıdanlara şamil edilir.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Höccətül İslam Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılıb.

Vəkil Cavad Cavadov məlumat verib ki, məhkəmə şikayəti təmin etməyib və Höccətül İslam Şeyx Sərdar Hacıhənəlini həbsdə saxlayıb.

Vəkil bildirib ki, məhkəmənin önündə xidməti polis avtomobillərindən ibarət səddlər qurulub və daxili qoşunların əməkdaşları prosesin keçirildiyi inzibati binanın ətrafına cəlb edilib: “Məhkəməyə heç kimi, hətta vəkil olaraq məni də buraxmaq istəmirdilər. Lakin sonradan mən prosesin keçirildiyi zala daxil oldum. Məhkəmədə Şeyx Sərdar Hacıhəsənli çıxış etdi. Mən də vəkili olaraq 1-ci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu əsaslandırdım. Lakin təəssüflər olsun ki, məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı”.

Cavad Cavadov qeyd edib ki, bu qərardan Ali məhkəməyə şikayət verməyəcəklər: “Məqsədimiz Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməkdir. Digər hüquqi müdafiə tədbirlərimiz də davam etdiriləcək”.

Vəkil Sərdar Babayevin mütəmadi olaraq istintaqa gəldiyini və daimi yaşayış yerinin olduğunu məhkəmədəki çıxışı zamanı hakimin nəzərinə çatdırdığını vurğulayıb: “Sərdar Babayev ali təhsilli ruhanidir. Onun ittiham edildiyi 168-1 maddəsi Şeyx Sərdar Hacıhəsənliyə aid deyil. Bu maddə qüvvəyə mindikdən sonra xaricdə təhsil alıb, ölkəyə qayıdanlara şamil edilir. Bundan əlavə həmin maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Prezidentin bir müddət öncə imzaladığı fərmana əsasən, az ağır cinayətlərlə bağlı həbs qərarı verilərkən, alternativ cəza mexanizmlərinin ( həbslə əlaqəli olmayan tədbirlər) tətbiqi tövsiyyə olunur. Bütün bunları çıxışımızda əsaslandırdıq. Sərdar Babayev də çıxışında bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Mirqiyas Təhməzovun dəvəti ilə Masallı məscidinə dəvət alıb və 2009-cu ildən cümə namazlarına rəhbərlik edib. Ona bu fəaliyyətini dayandırması üçün heç kim tərəfindən xəbərdarlıq edilməyib”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky