Məqalə

Şeyx Musa: Azərbaycanın indiki hakimiyyəti nə üçün dinlə, dinxadimlərilə bu qədər vəhşicəsinə düşmənçilik edir?

Bu gün Azərbaycanda batil dəstəsinin misiyasının daşıyıcısı Əliyevlər rejimidir.

Şeyx Musa: Azərbaycanın indiki hakimiyyəti nə üçün dinlə, dinxadimlərilə bu qədər vəhşicəsinə düşmənçilik edir?

Çünki haqq yolu gedənləri, Peyğəmbər varislərini, yalnız niyyəti xalqa xidmət olan və xalqın dərdini öz dərdi bilən şəxlərə müxtəlif növ şərr və böhtanlar (Casus, agent, terorist, narkaman, iğtişaş törədən və.s...) atmaqla cəmiyyətdə bu şəxslərə qarşı nifrət yaratmaq istəyirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan respublikasının dəyərli Din Xadimlərindən olan, Höccətül İslam Şeyx Musa Gəncəvi ölkədə baş verən anti-İslam siyasətlər haqda qısa və dəyərli bir araşdırma aparıb.

Höccətül İslam Şeyx Musa Gəncəvinin yazdığı məqaləni təqdim edirik:

 

Bağışlayan və mehriban Allahın adıyla

Bu günlərdə Azərbaycanda baş verən məlum hadisələrə (Anarxiya, məmur öz başınalığı, vətəndaşların hüquqlarının pozulması, hərcmərclik xalq və xalqın sərvətinin hakimiyyət tərəfindən istismarı,multikulturalizm və tolerantlıq devizi altinda dinə, din xadimləri ve dindarlara divan tutulmasi vəhşicəsinə saldırı,din xadimlərinə verilən amansız işgəncələr, xüsusilə Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və başqalarına verilən işgəncələr, hicab qadağası, azan qadağası, məscid söküntüsü, dini ayinlərin icrasının qadağası, və neçə neçə saysız hesabsız ədalıtsizlik və qanun pozuntularını bura əlavə etmək olar) münasibət bildirməzdən öncə istərdim bir müqəddimə qeyd edim.

Azərbaycanın indiki hakimiyyəti nə üçün dinlə, dinxadimləri, Ruhani və Alimlərlə (təbiiki burada həqiqi Allahın, dinin istədiyi kimi olan din xadimi, Ruhani, Alim və dindardan söhbət gedir nəyinki, hakimiyyətin xoşuna gələn və istədiyi din xadimi, Ruhani və Alimdən) bu qədər vəhşicəsinə düşmənçilik edir?

Bildiyiniz kimi bəşəriyyət yaranan ilk gündən bəşər iki cəbhəyə bölünüb. Haqq və batil, Allah dəstəsi şeytan dəstəsi, Allaha itaət edənlər ya şeytana və bir neçə ad vermək olar.

Adəmnən Xatəmə bu iki dəstə arasında mübarizə gedib və qiyamətə qədər davam edəcək.

Bu məsələyə aydınlıq gətirməyə Quran ən gözəl vasitədir.

Quran bəyan edir ki, batil şeytan dəstəsi bütün Peyğəmbərlər və haqq tərafdarlarıyla düşmənçilik etmişdir.

Quranda zikr olunan Peyğəmbərlərin əhvalatının möhtəva və motivinin əsas hissəsi bundan ibarətdir.

Bu düşmənçilik müxtəlif formalarda özünü biruzə vermişdir.

Bu düşməçiliyin təməlini qoyan şeytan Allahın vilayətini və Vəlisini qəbul etmir və ona itaətdən təkəbürlüklə boyun qaçırır. Allahla düşmənçıiliyini iqrar edir. Bu əməlinin nəticəsində əbədi lənətə düçar olur və bütün haqq təraftarlarıyla düşmənçilik etməyə and içir.

Daha bir mübarizə forması bundan ibarətdirki, gah Peyğəmbərlərə yalançı damğası vurmuşlar gah məcnun, divanə ya sehirbaz və s... Bu şər böhtanları atmaqla bütün Peyğəmbərlərə işgəncə vermişlər və bəzilərini qətlə yetirərək şəhid etmişlər. Elə zaman olub ki, bir gecədə yetmiş Peyğəmbəri qətlə yetirmişlər.

Bu müqəddimə bunun üçün idi ki;

Birincisi batil tərəfdarı heç zaman istəməz haqq tərəfdarı bir məkanda bir məmləkətdə rahat sözünü desin və özünə yer tapsın. Çünki bu Allahın qanunudur haqq gəldisə batil məhvə məhkumdur və aradan getməlidir.

İkincisi bu düşmənçilik hər zaman davam edəndir və bəşərində vəzifəsidir bu düşmənçıiliyin, zülmün müqabilində dayansın, mübarizə aparsın.

Əgər bir cəmiyyət yaxud bir fərd bu zülmlə mübarizə aparmırsa bu zülm və zalimlərlə şərikdirlər. Bu barədə Quranın saffat surəsində buyurulur:

(Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə 22.

«Onları Cəhənnəmin yoluna yönəldin.» 23

«Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar.»24

«(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!» 25

Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar. 26

Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar, 27

(Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz.» 28

Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz.» 29

«Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.» 30

«Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!» 31

«Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik.» 32

Şübhəsiz onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər. 33

Bu gün Azərbaycanda batil dəstəsinin misiyasının daşıyıcısı Əliyevlər rejimidir.

Çünki haqq yolu gedənləri, Peyğəmbər varislərini, yalnız niyyəti xalqa xidmət olan və xalqın dərdini öz dərdi bilən şəxlərə müxtəlif növ şərr və böhtanlar (Casus, agent, terorist, narkaman, iğtişaş törədən və.s...) atmaqla cəmiyyətdə bu şəxslərə qarşı nifrət yaratmaq istəyirlər.

İstərdim məsələyə dahada aydınlıq gətirək. Yəni bir din xadimi haqsızlığa qarşı etiraz edirsə, cəmiyyəti pislikdən çəkindirib yaxşılığa dəvət edirsə, dini ayinlərin cəm şəklində icrasına çalışırsa, həqiqi mənada xalqın insanların dərdini öz dərdi bilib xalqa, insaniyyətə xidmək etmək istəyirsə, deməli həmən şəxs ya casusdur ya teroristdir, iğtişaş törədəndir, ya dövlətə və dövlətçiliyə qarşı çıxmışdır. Bir sözlə bu şəxslər qatı cinayətkardırlar.

Ümumiyyətlə bu məsələlər onun gösdəricisidir hakimiyyətin iddia etdiyi biz ölkəni hüquq və demokratik əsaslarla idarə edirik məsələsindən zərrə qədər əsər əlamət yoxdur. Əksinə ortada olan göstərici bundan ibarətdir ki, xalqın heç bir iradə və istəyi nəzərə alınmadan ölkə meşə qanunlarıyla idarə olunur.

Bizim isə sözümüz budur ola bilsin siz bu heyvani hislərə qapılıbsız. Amma bu ölkənin vətəndaşları heyvan deyil insandır insan!

İstər dindar olsun vəyaxud qeyri dindar hər bir vətəndaşın bu ölkədə hüquqları var və bu hüquqlara hörmətlə yanaşmaq gərəkdir. Ölkədə baş verən İslamofobiyaya, vətəndaşların represiyasına( hərəni bir metodla şərləyərək həbs etmə) məmur özbaşınalığına və.s... Son qoymaq lazımdır.

Hakimiyyətin haqq tərəftarlarına o qədər nifrəti varki, həmən şəxsləri təkcə həbs və azadlıqdan məhrum etməklə kifayətlənmir hətda zindanda belə işgəncələrə məruz qoyurlar.

Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və digər haqq carçıları və xalqın xidmətçilərinə olmazın işgəncələrini verirlər.

Biz bir Millət, bir Xalq olaraq xüsusən dindarlar bu zülmlərin müqabilində nə etməliyik?!

Mən burada bir məsələni qeyd etməyi zəruri bilirəm.

Allah c.c Quranda buyurur: izzət yalnız Allaha peyğəmbərə və möminlərə aiddir.

Hədisdə buyrulur: Möminin izzəti Kəbə evindən üstündür. Mömünün qəlbi Allahın hərəmidir.

Bunları qeyd etməkdə məqsədim budur ki, Hacı Mövsümlər, Hacı Abgülllər, Hacı Talelər nəyinki mömün onlar Peyğəmbər varisidir onlar müxləs bəndələrdi ki, Peyğəmbər və övlüyaların yolunu gedirlər. Bunun üçündə bu şəxslərin qiyməti və dəyəri Kəbə evi və məsciddəndə üstündür.

Düşmən yaxşı dərk edibki onların səcdə etdikləri yer belə məscidə çevrilir və səcdə etməklərindən belə narahatdırlar.

Ən azından məscidlərimizi qoruduğumuz qədər gərək bu şəxləri müdafiə edək.

Əgər biz şüar veririk məscid sökülsə qan tökülər, biz gərək bu şəxslər üçün qanımızdan, canımızdan, malımızdan, hər şeyimizdən keçək.

Doğurdanda çox acınacaqlı vəziyyətdir mənim ölkəmdə Peyğəmbər varislərinə bu qədər zülm olunur biz isə seyirci qismində məsələləri müşahidə edirik. Yəni biz, hakimiyyətə bu cürəti vermişik.

Bu baş verən hadisələrə biganə qaldıqca bizim bəlalarımız dahada artacaq.

Biz gərək bu zalimlərlə Allah kimi,Peyğəmbər və İmamlar kimi rəftar edək. Baxın Allah zalimlərə qarşı Quranda necə şiddət nümayiş etdirir.

Allahın Rəhman və Rəhim sifəti varsa, Cəbbar və Qəhhar sifətidə var.

Peyğəmbər haqqında buyururlar: O mömünlərə qarşı çox mehriban kafirlərə qarşı çox şiddətliydi, İmamlarda həmçinin.

Bizdə zalimlərə qarşı bu cür olmalıyıq. Çünki din məhəbbət və boğzdan(kafirlərə,Zalimlərə,Alllah düşmənlərinə) nifrətdən başqa bir şey deyil.

Mütləq bu zülmlərin xüsusən din xadimləri və Alimlərə olan zülmlərin intiqamı alınmalıdır bu müsibətlər yol verilməzdir...!

 

Musa Əsədzadə 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky