Beynəlxalq Qüds Günü

Rövşən Əhmədli:“Azərbaycanda “Qüds Günü” dövlət tərəfindən qeyd olunmalıdır”

  • News Code : 836226
  • Source : Maide
Brief

“"Qüds günü" həm “Bosniya günü”, həm “Qarabağ günü”, həm “Kəşmir günü” kimi xarakterizə olunur. Yəni bu gün rəmzi xarakter daşıyır. Əslində isə bu rəmzin ətrafında birləşən insanlar zülmə, təcavüzə etirazlarını bildirirlər...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İlk dəfə 1979-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin (r.ə) təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilən "Qüds günü" artıq beynəlxalq miqyasda qeyd olunur. Belə ki, hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli “İslaminSesi” nə müsahibəsində bildirib ki, “Beynəlxalq Qüds günü" ilə   bütün dünyada zülmə, zalıma, təcavüzə, işğala həmrəylik nümayiş etdirmək ənənəsi qoyuldu. Bu yalnız müsəlmanların vəzifəsi yox, dünyanın hər yerindən olan insanpərvər, sülhsevər, ədalətsevər insanların həmrəylik günüdür. "Qüds günü" həm “Bosniya günü”, həm “Qarabağ günü”, həm “Kəşmir günü” kimi xarakterizə olunur. Yəni bu gün rəmzi xarakter daşıyır. Əslində isə bu rəmzin ətrafında birləşən insanlar zülmə, təcavüzə etirazlarını bildirirlər”.

Rövşən Əhmədlinin sözlərinə görə, insanlar ibadət edərək, qəlblərini Allah qarşısında təmizləyərək saflaşırlar: “Digər tərəfdən isə ibadətin ictimai, həmrəylik, bir-birinə kömək etmək tərəfini “Beynəlxalq Qüds günü" - də yerinə yetirirlər. Ona görə də, Azərbaycan işğala məruz qalan, torpaqlarının 20 faizini itirən bir ölkə olaraq, “Beynəlxalq Qüds günü" nü qeyd etməlidir. Çünki “Qarabağın işğalı, Qüdsün işğalının davamıdır”. Biz bu günü qeyd etməklə Qarabağın işğalına etiraz bildiririk. Bu baxımdan Azərbaycanda “Qüds Günü” ictimai siyasi və dini sferada dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky