Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Qum tələbəsi Şamxal Eyvazovun atası: "Bu gün narkotiklə şərləndiyini öyrəndik"

A. Eyvazov bildirib ki, "Bandotdel"də Şamxal "sizinyol.com" saytı barədə sorğu-sual edilib.

Qum tələbəsi Şamxal Eyvazovun atası:

Onun sözlərinə görə, Şamxalın digər qardaşı Miqdad Eyvazov hələ də Azərbaycandadır, ölkədən çıxışına qoyulan "stop" götürülməyib. O, Miqdadın da həbs edilə biləcəyini deyib.

İslam yolunda şərlənib həbsə alınmağın, görəcəyin işgəncələr mübarək olsun! Uzaqdan uzağa öpürəm alnından, səninlə fəxr edirəm! Başımızı dik tutduq, dik tutacıq. Həqiqəti Allahın bilməsi bizə bəs edir. Allah, balamın cismindən çox ruhiyyəsini Sənə tapşırıram!

Qum tələbəsinin ölkədən çıxışına qadağa qoydular. Şirin dillə hər gün dedilər ki, Şamxal qardaş, qadağa tezliklə götürüləcək. Dedim oğul, torba tikirlər, dedi belə iş görməzlər, çox insan adamdılar. 16 martdan 27 aprelə qədər plan cızdılar, keçdilər 1 kilo narkotikadan, qoydular çantasına. Əmr verənin dili, çantaya qoyanın əli qurusun.
Arzu Eyvazov


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Qum şəhərində təhsil alan azərbaycanlı tələbə Şamxal Eyvazov narkotika ittihamı ilə həbs olunub. Yaxınları isə ittihamın saxta, həbsin səbəbinin fərqli olduğunu bildirir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 27-də Cəlilabad rayonunda saxlanılan Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Məlumatda faktla bağlı cinayət işinin başlandığı, araşdırılma aparıldığı bildirilib.

Şamxal Eyvazovun atası Arzu Eyvazov isə oğluna qarşı açılan cinayət işinin qurama, ittihamın saxta olduğunu deyir. Onun sözlərinə görə, 2007-ci ildən ailəlikcə İranda yaşadıqlarından övladları hər il Azərbaycana qohumlarına baş çəkməyə gəlib, amma heç zaman belə problem yaşanmayıb. Sonuncu dəfə martın 16-da Ş. Eyvazov qardaşı Miqdad Eyvazovla birlikdə Azərbaycana giriş edərkən sərhəddən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıblar. Orada 4 gün saxlandıqdan sonra buraxılıblar, ölkəni tərk etmələrinə isə "stop" qoyulub. Arzu Eyvazov aprelin 26-ı polislərin Cəlilabad məscidinə gələrək Ş. Eyvazovu naməlum istiqamətə apardıqlarını deyir:

"Şamxal Qumda təhsil alır. Martın 16-da Azərbaycana keçəndə birbaşa "Bandotdel"ə aparılıblar. Orada 4 gün saxladılar. Buraxandan sonra çıxışlarına "stop" qoyuldu. Hər dəfə onunla danışanda mənə deyirdi ki, tezliklə "stop"u götürəcəklər, ona belə deyirlərmiş. Sən demə həbsi üçün hazırlıq gedirmiş. Aprelin 26-ı məsciddə namaz qılarkən polislər gəlib onu oradan naməlum istiqamətə aparıblar. Bu gün isə narkotiklə şərləndiyini öyrəndik".

A. Eyvazov bildirib ki, "Bandotdel"də Şamxal "sizinyol.com" saytı barədə sorğu-sual edilib. Qum şəhərində təhsil alan Şamxal Eyvazov həm də bu saytda fəaliyyət göstərirmiş. Onun sözlərinə görə, Şamxalın digər qardaşı Miqdad Eyvazov hələ də Azərbaycandadır, ölkədən çıxışına qoyulan "stop" götürülməyib. O, Miqdadın da həbs edilə biləcəyini deyib.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky